Peyvəndlərlə qarşısı alina bilən xəstəliklər

Peyvəndlərlə qarşısı alina bilən xəstəliklər


infeksiyalara səbəb ola bilər. Uşaqlar Hibə qarşı 2, 4, 6 və 12 aylıqda peyvənd edilməlidir. Doğru tətbiq olunduğunda bu peyvənd 100 % qoruma təmin edir. Hepatit Hepatit qaraciyər iltihablanmasıdır. Gözlər ilə dərinin saralmasına (sarılıq), halsızlığa, əldən düşməyə, temperatura, iştahsızlığa, ürək bulanması və qusmağa və başqa hallara səbəb ola bilər. Uşağınızın hepatitə yoluxduğunu düşünürsünüzsə həkiminizə müraciət edin. Uşaqlarda hepatit A bu infeksiyanı daşıyan biri ilə birbaşa təmas ya da çirkli su və yeməklərdən qaynaqlanan bir virus tərəfindən meydana gəlir. Bundan başqa körpəyə baxan kəslər bez dəyişdirdikdən sonra əllərini yumadıqlarında da ortaya çıxa bilər. Hepatit A olan uşaqların böyük əksəriyyəti ya heç əlamət göstərməzlər ya da yalnız bir neçə gün yorğunluq hiss edərlər. Əlamət göstərən uşaqlar üçün hepatit A infeksiyası demək olar ki, hər səfərində keçicidir. Xroniki qaraciyər narahatlığına səbəb olmaz. Hepatit A virusu peyvəndi bu infeksiyanın məşhur olduğu ölkələrə gedən uşaqlar üçün təklif edilir. Amma bütün uşaqlara edilməsinə ehtiyac yoxdur. Uşaqlar hepatit B-ə doğum əsnasında bu infeksiyanı daşıyan analarından yoluxa bilərlər. Hepatit A-da olduğu kimi heç bir əlamət göstərməyə bilər ya da yalnız keçici ifadə edilə bilər. Hepatit A-dan fərqli olaraq Hepatit B infeksiyası xroniki qaraciyər xəstəliyi, siroz , qaraciyər çatışmamazlığı və qaraciyər xərçənginə səbəb ola bilər. Buna görə bütün uşaqların bu virusa qarşı peyvənd edilməsi lazımdır. Uşaqlar bir yaşına gələnə qədər üç dozada peyvənd olmaları lazımdır. Uşağınızın hər hansı bir növ hepatiti varsa asetaminofen vermədən əvvəl həkiminizlə məsləhətləşin. Asetaminofen yüksək dozada qəbul edildiyində qaraciyər narahatlığına səbəb ola
<< 1 2 [3] 4 5...7 >>
Cəmi 609 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024