Baş gicəllənməsinin səbəbləri

Baş gicəllənməsinin səbəbləri


Baş gicəllənməsinin necə xoşagəlməz hiss olduğunu yəqin ki, hamımız bilirik. Ancaq çoxlarımız bu halın hansı səbəbdən yarandığından xəbərsizik. Qeyd edək ki, başgicəllənmə bəzən özünü qorxulu xəstəliklərin əlaməti kimi də göstərir.Əlbəttə, bu əlamət haqda dəqiq diaqnozu yalnız yoxlama və analizlərdən sonra həkim təyin edə bilər. Bununla belə, bu xoşagəlməz hiss haqda siravi insanların da bilməli olduqları bir çox məqamlar var. İlk öncə qeyd edək ki, başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Həmin səbəblərin içində qorxulu məqamlarla yanaşı narahatçılığa əsas verməyənləri də var. Belə ki, insan özünü tam sağlam hiss etdiyi və əhval-ruhiyyəsi yaxşı olduğu halda belə başgicəllənmə baş verə bilər. Bu halla biz adətən həyəcanlandıqda, həddən artıq sevindikdə və s. hallarda qarşılaşırıq. Belə olan halda həyəcanlanmağa lüzum yoxdur. Bilin ki, bu, ötəri bir haldır və heç bir xəstəliyə işarə deyil.Məsələn, sizdə başgicəllənmə hər hansı bir vacib tədbir öncəsi, qaraqabaq müdirinizə hesabat vermək ərəfəsində və ya lap elə sevgilinizin ağuşunda və s. vəziyyətlərdə yaranırsa, özünüzü qorxutmayın. Bilin ki, ötəri olan bu hal orqanizmdə baş verən normal proseslər səbəbindən yaranıb. Belə hallarda adətən başgicəllənmə qanda adrenalinin çoxalması səbəbindən hamar əzələlərin (o cümlədən də damarların hamar əzələlərinin) yığılaraq beyinə qanın normal çatmasına əngəl törətməsi üzündən baş verir. Əksər hallarda isə başgicəllənmə nəqliyyat vasitələrində gedərkən, karuseldə yellənərkən və ya gəmi ilə səfərə çıxarkən baş verir. Bu halda da sizin həyəcanlanmağınıza lüzum yoxdur. Çünki belə başgicəllənmələrin səbəbi gördüklərimizlə vestibulyar (müvazinət) aparatın hiss etdikləri arasında
[1] 2 3 >>
Cəmi 610 nəfər oxuyub
Bəyənən (119) | Bəyənməyən (114)
Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023