Baş gicəllənməsinin səbəbləri

Baş gicəllənməsinin səbəbləri


uyğunsuzluqların olmasıdır. Belə ki, beyin eyni zamanda həm gördüklərimizi, həm də vestibulyar aparatın ona göndərdiyi siqnalları analiz edir və onlar arasındakı uyğunsuzluqlar beyini çaşdırır. Nəticədə isə başgicəllənmə yaranır. Yuxarıda göstərilən amillərdən əlavə başgicəllənmələrinə beyinin mütənasibliyə cavab verən nöqtələrinə qanın normal çatmaması, başın qəfil döndərilməsi (odur ki, idman edərkən ani hərəkətləri ehtiyatla etmək lazımdır), qanda qlükozanın azalması (belə səbəbdən başgimcəllənmə daha çox dieta saxlayan xanımlarda müşahidə olunur) da səbəb ola bilər. Arifə bir işarə Yuxarıda göstərilən hallarda başgicəllənmə qorxulu xarakter daşımadığı halda aşağıda göstərəcəyimiz məqamlarda artıq onu hər hansı bir xəstəliyin əlaməti kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, özünü xəstəliyin əlaməti kimi göstərən başgicəllənmələr mütəmadi olaraq baş verir. Belə olan halda xəstə anlamalıdır ki, bunun səbəbi artıq fizioloji yox, patoloji amillərdir. Yəni artıq həkimə müraciət etmək vaxtıdır. Ancaq bəzi hallarda başgicəllənməni müşayət edən amillərə diqqət yetirməklə xəstə özü də onun hansı xəstəliyin əlamati olduğunu müəyyən edə bilər. Beləliklə, əgər sizdə başgicəllənmə zamanı... ...eşitmə zəifləyirsə Əgər sizdə başgicəllənmə qulaqlarda küy və eşitmənin zəifləməsi ilə müşayət olunan bir neçə saatlıq tutmalarla keçirsə, bu, Menyer xəstəliyinə işarədir. Menyer daxili qulağın vestibulyar və eşitmə hissələrini əhatə edən mayenin normadan artıq olması və ya elektrolit nisbətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəliyin ən qəribə xüsusiyyəti ondadır ki, xəstə müəyyən tezliklə gələn səs dalğalarını eşidə bilmir. Məsələn, o, ucadan danışıqları pis eşitdiyi halda pıçıltı
<< 1 [2] 3 4 >>
Cəmi 632 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024