Baş gicəllənməsinin səbəbləri

Baş gicəllənməsinin səbəbləri


xəstədə kəskin qulaq ağrıları da müşayət olunur. Hərəkət zamanı kəskinləşən başgicəllənmə Onurğa sütununun boyun hissəsində osteoxondroz olduqda isə baş gicəllənmələri hərəkət etdikcə (əsasən də başı hərəkət etdirdikdə) kəskinləşir. Bəzənsə başgicəllənmə uzanmış vəziyyətdə bədənin vəziyyətinin dəyişməsi zamanı yaranır. Belə tutmalar bir neçə saniyədən tutmuş bir neçə dəqiqəyədək davam edir və heç nə olmayıbmış kimi ötüşür. Xəstəlik vestibulyar aparat reseptorlarının korlanması nəticəsində yaranır. Dərman qəbulundan sonra yaranan başgicəllənmə Bir çox dərmanların qəbulu nəticəsində də başgicəllənmə yarana bilər. Bunlara misal olaraq allergiya (suprastin, dimedrol), soyuqdəymə (koldreks, teraflyu) əleyhinə olan dərmanları, həmçinin bəzi antibiotikləri, yuxugətiriciləri və trankvilizatorları göstərmək olar. Nə etməli? Əgər dayandığınız yerdə başgicəllənmə başlanarsa, ilk növbədə özünüzü ələ alıb bir yerdə oturmağa və ya uzanmağa çalışın. Çünki müvazinətinizin itirilməsi nəticəsində yıxılaraq zədə ala bilərsiniz. Uzandıqda başınızın altına yastıq qoymayın ki, beyinə qanın çatması asanlaşsın. Heç bir kəskin hərəkət etmədən nəzərlərinizi otaqdakı predmetlərin birində cəmdəşdirin və ya gözlərinizi yumun. Ən əsası isə başgicəllənmə uzun müddət davam edərsə və mütəmadi olaraq təkrarlanarsa, mütləq həkimə müraciət edin.
<< 2 3 [4]
Cəmi 647 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024