Quru dərilər üçün effektli maskalar

Quru dərilər üçün effektli maskalar


Ev şəraitində edilən kosmetik prosedurlar haqqında göstəriş:maskaların və istənilən kosmetik prosedurların edilməsi üçün ən yaxşı vaxt səhər saat 10-12, günorta saat 16-18, axşam saat 22-23 arasıdır. Bananlı maska 1 ədəd bananın qabığını soyub əzin. Əzilmiş banan üzərinə qaymaq əlavə edin, qarışdıra-qarışdıra bura kartof unu tökün. Maskanı tətbiq etmədən öncə gözətrafı dəriyə qidalandırıcı krem çəkin. Hazırlanmış maskanı nazik qatla dərinizə çəkin, quruduqdan sonra qırışların daha çox olduğu yerlərə bir daha çəkin. Sonra üzünüzü tənzif salfetlə örtün, 30-40 dəqiqə saxlayın. Maskanı isti suda isladılmış pambıqla silin. Bir gündən bir bu maskanı dərinizə tətbiq edin. Kurs 10 prosedurdur. 1-2 aydan sonra kursu təkrar etmək olar. Yumurta sarısı ilə maska Çalınmış 1 yumurta sarısı və qaymağın üzərinə 1 xörək qaşığı çobanyastığı dəmləməsi əlavə edin. Tənzif salfeti isladıb üz-boyun dərisinə 15-20 dəqiqəlik qoyun. Yulaf unu ilə maska. 1 hissə yulaf unu üzərinə 2 hissə qaymaq və ya rafinə edilməmiş bitki yağı əlavə edin. Maskani 20-30 dəqiqəlik üzünüzə çəkin, sonra yuyun. Xamalı-ballı maska Quru dəri üçün təzə xamadan istifadə edin. Bir az turşumuş xama dərini qıcıqlandıra bilər. Xamanı 1 çay qaşığı bal və 1 damcı istənilən sitrus meyvəsinin şirəsi ilə qarışdırın, üzünüzə çəkib yuyun. Ev şəraitində hazırlanan maska Bu maskanı hazırlamaq üçün sizə lazımdır: 15 qram maya, 2 xörək qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı (zeytun yağı), 4 ədəd doğranmış qoz. Maya və kəsmiyi qarışdırıb, 20 dəqiqəlik isti yerdə saxlayın. Sonra ora digər inqrediyentləri əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun. Maya, yağ və südlü maska 1 xörək qaşığı maya, zeytun yağı və bir az südü
[1] 2 >>
Cəmi 564 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023