Quru dərilər üçün effektli maskalar

Quru dərilər üçün effektli maskalar


qarışdırıb, üzünüzə çəkin, 20 dəqiqə saxlayıb yuyun. Dondurulmuş qarpız şirəsi Belə şirə ilə üzünüzü silin, 10 dəqiqə sonra yuyunun. Yağlı-yumurta sarılı maska Yarımçıq yumurta sarısını çalıb, ora 1 damcı zeytun yağı əlavə edin. Maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra isti suya batırılmış pambıqla silin. Portağallı maska Yarımçıq portağalın şirəsini 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı və 1/2 qaşıq balla qarışdırın, üz və boyun dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun. Südlü (qaymaqlı) kartoflu maska 1 ədəd suda bişmiş əzilmiş kartofu süd (yağlı dəri üçün) və ya qaymaqla (quru dəri üçün) qarışdırın, isti şəkildə üzünüzə çəkin. Köklü maskalar 1. Kökü sürtkəcin xırda gözündən keçirib, onu 1 yumurta sarısı ilə yaxşı-yaxşı qarışdırın, üzərinə 2-3 damcı limon şirəsi və bitki yağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqədən sonra isti su ilə yuyun. 2. 2 ədəd təzə kökü sürtkəcdən keçirin, 2 xörək qaşığı kartof unu və 1 yumurta sarısı əlavə edib qarışdırın. Təmizlənmiş dəriyə çəkin. Bu maska dərini ətraf mühitin mənfi təsirindən qoruyur, qırışları hamarlaşdırır. Mayalı maska (maya+süd+yağ) 20 qram mayanı 1 xörək qaşığı süd və bitki yağı ilə qarışdırın, üzünüzə çəkin. 15-20 dəqiqə sonra isti suya batırılmış pambıqla üzünüzü silin. Təbii kartof maskası 1 ədəd kartofu soyun, süddə bişirib əzin, üz-boyun dərinizə çəkin, 15-20 dəqiqədən sonra yuyun. Ballı-balıq yağlı maska Eyni miqdarda bal və balıq yağını qarışdırın, üz dərinizə çəkin, 15-20 dəqiqədən sonra yuyun. Bu maskadan sonra piqment ləkələri və qırışlar yox olur, dəri problemləri aradan qalxır və dəri cavanlaşır. Maskadan 16 yaşından başlayaraq istifadə etmək olar.
<< 1 [2]
Cəmi 588 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024