Ağardıcı maskalar

Ağardıcı maskalar


Ağardıcı maskaları günün ikinci yarısı etmək daha yaxşı olar. Maskalar ayda 2 dəfə edilir, hər kurs 10-15 prosedur təşkil edir. Prosedura başlamazdan əvvəl dərinizi təmizləməyiniz vacibdir. Ballı-limonlu maska Bir ədəd limonun şirəsini sıxın, üzərinə 100 qram bal əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqədən sonra isti su ilə yuyun. Ağardıcı kartof maskası 50 qram kartofu suda bişirib əzin və üzərinə 25 ml süd, bir yumurta sarısı və 15 ml limon şirəsi əlavə edib qarışdırın, 30 dəqiqə isti yerdə saxlayın.Maskanı üzünüzə çəkməmişdən öncə dərinizi limon şirəsi ilə silin. Maskanı çəkin, 20 dəqiqə saxlayın. Əvvəl isti, sonra sərin su ilə maskanı yuyun. Limonlu maska Bir ədəd limonun şirəsini sıxın, 1 xörək qaşığı xama ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra nəm pambıqla silin. Ağardıcı losyon Eyni qədərdə sirkə, su və limon şirəsini qarışdırın. Hər gün səhər və axşam üzünüzü bu losyonla silin. Limon maskası 50 qram balı 5 damcı limon şirəsi və 1 çay qaşığı unla qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. Maskanı yuduqdan sonra dərinizə qidalandırıcı krem çəkin. Bu ağardıcı maskanın üstünlüyü ondadır ki, bunu siz həm axşam, həm də səhər hazırlayıb istifadə edə bilərsiniz. Südlü maska 50 qram yulaf topalarını üyüdüb üzərinə 50 qram süd əlavə edin, qarışdırın. Üzünüzə çəkib 20 dəqiqədən sonra isti su ilə yuyun. Bu maska dərini ağartmaqla yanaşı, həm də dərini təmizləyir.
Cəmi 584 nəfər oxuyub
Bəyənən (139) | Bəyənməyən (108)
Dostlarınla Paylaş

Saytda 248 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024