Üz üçün maskalar

Üz üçün maskalar


Üz dərinizin həmişə parlaq və yumşaq olmasını istəyirsinizsə, hər şeydən öncə dərinizi təmiz saxlayın. Xüsusi makiyaj sabunu ilə (çistaya liniyanın belə sabunları var) yuduqdan sonra, limon sürtə, daha sonra isə yumşaldıcı krem vura biləsiz. Hər gün işdən evə gəldikdən sonra iş makiyajınızı belə silə bilərsiz. Quru və normal dəri üçün maska 1 xörək qaşığı qarğıdalı ununu 1 yumurtanın ağı ilə qarışdırın. Bu qatışığı köpük halına gələnə kimi çalın və sonra üzünüzə sürüb quruyana kimi saxlayın. Daha sonra tamponla silib, əvvəl ilıq su ilə sona soyuq su ilə yaxalayın. Normal dəri üçün qidalandırıcı, tərəvəzli maska Badımcan, kələm, balqabaq və çuğunduru sürtgəcin kiçik hissəsindən keçiin və alınmış qatışıqı üzünüzə sürtüb 15-20 dəqiqə gözləyin. Həftədəd 2 dəfə etsəniz nəticəni görəcəksiniz. Təravətləndirici maska 1 yemək qaşığı kəsmiyə 1 çay qaşığı zeytun yağı və 1 yemək qaşığı isidilmiş süd əlavə edib qatın. Üzünüzdə 15-20 dəqiqə saxlayıb, ilıq çay ilə silin. Çayı çobanyastığı dəmləməsi ilə əvəz etsəniz mükəmməl olar. Ümumiyyətlə, çobanyastığı və cökəni dəmləyib buz kubları edib soyuducuda 1 həftə saxlaya bilərsiniz və bu kubları səhər və axşam üzünüzə sürtsəniz üz dərinizin necə parıldadığını hiss edəcəksiniz. Normal dəri üçün Yumurta sarısını 1 yemək qaşığı xama və 1yemək qaşığı kök şirəsi ilə qatışdırıb, üzünüzə çəkin və 20 dəqiqə saxlayın sonra ilıq su ilə silin. 1 yumurta sarısını 1 çay qaşığı bitki yağı ilə çırpın və üzünüzə sürtün. Üzünüzü nəm dəsmal ilə ötün. 20 dəqiqə sonra dəsmalı götürün və ilıq çayla silin. Bunu həftədə 1 dəfə edin. Maskalar hamısı sınanıb, hamısı dərhal nəticə verir. İndidən uğurlar. Özünüzə qulluq edin
Cəmi 621 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023