Təmizləyici maskalar

Təmizləyici maskalar


Təmizləyici maskalar - çox vacib kosmetik prosedurdur. Həftədə iki dəfə üzdərisini təmizləmək lazımdır və kosmetik şirkətlər bunun üçün sizəçoxsaylı skrab, losyon və toniklər təklif edir. Ancaq ev şəraitində əl altındaolanlarla təmizləyici maska hazırlamaq mümkündür. Gil tərkibli təmizləyici maskalar - dəri tipinizi əsas götürüb maska üçün müəyyən gil seçin. - mavi və yaşıl rəngli gil yağlı dəriyə uyğundur. - dəriniz qurudursa, o zaman qırmızı gildən istifadə edin. -normal və qarışıq tipli dəri üçün çəhrayı gildən istifadə edin. - dəriniz təravətini itiribsə, o zaman sarı gildən istifadə edin. - qara gil universaldır və istənilən dəri tipinə uyğundur. - kosmetik gili siz aptekdən ala bilərsiniz. Aşağıdakı qaydalara əməl edib gildən ev şəraitində maska hazırlaya bilərsiniz. 1. Gili soyuq suda həll edin. 2. Üzünüzə səliqəli şəkildə çəkin. 3. 10 dəqiqə sonra üzünüzü yaxşı-yaxşı yuyun. 4.dərinizə nəmləndirici krem çəkin. Ot tərkibli təmizləyici üz maskaları - yenə də dəri tipinə uyğun olan ot seçin. - kalendul (gülümbahar) , çobanyastığı, ayıqulağı, sürvə əsaslı maskalaryağlı dərini təmizləyir. -itburnu, qızılgül ləçəkləri, nanə və çobanyastığı maskaları quru dərilərüçün münasibdir. Aşağıdakı qaydalara əməl edərək ev şəraitində otlardan təmizləyici maskalarhazırlaya bilərsiniz. 1. Otu üyüdün. 2. 2 xörək qaşığı bu otun üzərinə yarım stəkan qaynar su tökün. 3. 15 dəqiqə saxlayın. 4. Suyunu süzün,maskanı isə üz dərinizə çəkin. 5. 15 dəqiqə sonrayuyun.
Cəmi 580 nəfər oxuyub
Bəyənən (111) | Bəyənməyən (137)
Dostlarınla Paylaş

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024