Dəri növlərinə uyğun maskalar

Dəri növlərinə uyğun maskalar


Hər bir insan fərqli üz quruluşuna sahib olduğu kimi fərqli üz dərisinə də sahibdir. Üz dərisinə qulluq etdiyimiz zaman da bunu nəzərə almalıyıq. 4 fərqli dəri növü var: quru, yağlı, qarışıq və normal. Hər birinin ayrıca qulluq üsulları vardır. Bu yaxınlarda tanınmış kosmetoloqdan belə bir fikir eşitdim ki, dəriyə qulluq üçün müəyyən bir yaş həddi yoxdur. Hansı yaşda dərimizə qulluq etməyə başlasaq o yaşda da qalacağıq. Dərimizin hansı növə aid olduğunu ev şəraitində müəyyənləşdirə bilərik. Səhər üzümüzü yuduqdan 1 saat sonra nazik salfeti üzümüzə yapışdırırıq. Əgər salfetdə heç bir iz qalmırsa demək quru dəridir. Quru dəri eləcə qabıq verir soyulur, hətta üzdəki nazik kapilyarlar da gözə çarpır. Yox əgər salfetdə ləkələr qalırsa demək yağlı dəridir. Yağlı dəri tez kirlənir, parlaq olur. Salfetdə əgər alın, burun və çənə hissələrində ləkələr qalıbsa demək qarışıq dəridir. Belə dəriyə sahib olanların yanaqları quru olur. Nomral dəri isə heç bir iz saxlamır, belə dəri problemsiz və şəffaf olur. Dərimizi tanıyıb ona görə qulluq üsullarını seçmək lazımdır. Quru dəriyə qulluq və maskalar Quru dərisi olanlar səhər və axşam dərilərinə qulluq etməlidirlər. İlk növbədə nəmləndirməyə çalışmalı və daha da qurumasının qarşısını almalıdırlar. Belə ki, çox isti və çox soyuq suyla yuyunmaq olmaz. Çünki dərimizin qurumasına səbəb olar. Hər axşam yatmazdan əvvəl dəriyə badam yağı çəkmək lazımdır. Yağın artıq qalan hissəsini salfetlə təmizləmək olar. Nəmləndirici maska Bir ədəd bananı yaxşıca çəngəllə əzib üzümüzə sürtürük. 15 dəqiqədən sonra ilıq suyla yumaq və yumuşaq dəsmalla quruladıqdan sonra nəmləndirici krem çəkmək lazımdır. Həftədə bir dəfə etmək kifayətdir. Nəmləndirici və qidalandırıcı maska
[1] 2 3 >>
Cəmi 611 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023