Dəri növlərinə uyğun maskalar

Dəri növlərinə uyğun maskalar


Tərkibi: 1 ədəd yumurtanın ağı 1 ç/q bal Bir neçə damcıbadam yağı Yumurtanın ağı olan maskalar üzündə qırışları bəlli olan xanımlara məsləhətdir. Çünki yumurtanın ağı məsamələri yığır. Yumurtanın ağı çalınıb beze halına gətirilir. Üzərinə bal və badam yağı əlavə edilib krem halına gətirilir. Bu qarışığı hər səhər 1-2 saat sürtüb gözlədikdən sonra yuyun. Həftədə bir dəfə etmək kifayətdir. Yağlı dəriyə qulluq və maskalar Yağlı dərinin də səhər və axşam qulluğa ehtiyyacı var. Yağlı dərisi olanlar adi sabunla üzlərini yumasınalar, kükürdlü sabunla yumaq məsləhətdir. Banan maskası 1 ədəd banan 2x/q qatıq və ya bal Bananı yaxşıca əzib üzərinə qatıq və ya balı əlavə edirik. Bu qarışığı üzünüzdə quruyuncaya qədər gözləyin və ilıq suyla yuyun. Kartof maskası 1 ədəd kartof 1 st süd 1 yumurtanın sarısı Kartofu sürtkəcdən keçiririk. Süd və yumurtanın sarısını ocaqda bir az isidibüzərinə əlavə edirik. İlıq halda üzümüzə sürtüb 20 dəqiqədən sonra əvvəlcə isti, sonra soyuq suyla yuyuruq. Ayda bir dəfə etmək lazımdır. Qarışıq dəriyə qulluq və maskalar Qarışıq dəriyə qulluq ikiqat çətindir. Çünki yağlı olan alın, burun və çənə hissəsini yağlı dəriyə qulluq üsulundan, quru olan yanaqları isə quru dəriyə qulluq üsulundan istifadə edirik. Belə ki, çalışıb yağlı hissələrin yağını təmizləmək lazımdır. Losyon-sarımsaq, sirkə və nar suyunun qarışığını yağlı olan yerlərə sürtmək lazımdır. Quru yerləri isə nəmləndirmək lazımdır. Bunun üçün nəmləndirici kremlərdən istifadə etmək olar. Makiyajdan çox istifadə etmək lazım deyil. Normal dəriyə qulluq və maskalar Normal dərisi olan xanımlar heç bir problem yaşamırlar. Belə dəri, necə deyərlər, qüsursuz olur. Sadəcə çalışıb dərimizi nəmləndirmək, qurumasının
<< 1 [2] 3 >>
Cəmi 619 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024