Xınayaxdı mərasimləri

Xınayaxdı mərasimləri


Hər birimizin vətəndaşlıq borcu var - milli adət-ənənələri layiqincə qoruyub saxlamaq. Bu ənənələri gələcək nəsillərə ötürmək. Elimizin gözəl bir adəti də var-xınayaxdı. Xınayaxdı mərasimi toydan qabaq qız evində keçirilir. Bu mərasimidə yalniz qadınlar iştirak edir. Süfrə bəzədilir, dadlı təamlar süfrəyə qoyulur. Oğlan evi "nazlana-nazlana" , əllərində möhtəşəm bəzədilmiş xonçalar, səbətlər, hər növ şirniyyatlar, gəlinlik paltarı , gəlinin qızıl əşyaları və ayrıca bir xonçada bəzədilmiş xına, qız evinə gəlirlər. Bu mərasimdə gənc qızlarımız milli paltar geyib oxuyub-oynayırlar, bayatılar söyləyirlər. Vaxt gəlib çatır xınaya. Xına müqəddəsdir, hər bir xanıma xeyiri də böyükdür. Oğlan evindən gələn xanımlardan biri gəlinin ovuclarına, ayaqlarına xına yaxır, xeyir- duasını verir. Hamı bir-bir gəlini təbrik edir. Hədiyyə gətirdikləri cehizlik əşyaları ona təqdim edirlər. Sonda qiz evindən sovqat olaraq hər bir qonağa xına payı verilir. Əziz Qadın. Netlilər, sizin xınayaxdı mərasiminiz keçirilibmi? Və ya nişanlısınızsa, keçirmək istərdinizmi?
Cəmi 829 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023