Novruz adət ənənələri

Novruz adət ənənələri


Bayramlıq Adətə görə , Novruz axşamı nişanlı qızların adına oğlan evi tərəfindən gətirilən bayram sovqatı saçaqlı tirmə şalla örtülmüş xonçalar , zərli boxçalar yan – yana düzülür. Sovqat ipək parça , baş yaylığı kəlağayı , zinət əşyaları , müxtəlif “Bayram yemişi”qırmızı alma , rəngbərəng yumurta , yeddi növ şirniyyat və s ibarət olur. Xonçalar , səməni və əlvan şamlarla bəzənir.Digər xalq bayramlarında olduğu kimi Novruz bayramında da alnına , ayaqlarına xına (həna) qoyulmuş ,boynuna qırmızı parça sarınmış zınqırov asılmış toğlu ,qoç da aparılır. Gələnlər bu əziz bayram münasibətilə gözaydınlığı verərlər, bir – birini təbrik edərlər , el alqışlarına üz tutarlar : - Bayramınız mübarək neçə - neçə belə bayramlara çatasınız! Ömrünüz - gününüz bahar ətirli olsun üzünüzə xeyirli ,nurlu sabahlar açılsın , deyərlər. Ev görmə Novruz bayramı günlərində təzə evə köçənləri təbrikə gedərlər . Yeni ev tikənlər cəhd edirlər ki , Novruz bayramına yaxın köçüb orada yerləşsinlər . İnama görə yeni ilin təzə evdə qarşılanması ailəyə uğur, xoşbəxtlik gətirər Qohum - əqrəba , dostlar -yaxınlar təzə evə köçənləri hədiyyələr və bayram sovqatlarıyla təbrikə gəlir ,ev sahibinə cansağlığı ,xeyir - bərəkət ,xoş günlər arzulayırlar. Sünbül xonçası Novruz axşamında yaşlı olanların evinə aparılan pay xonçada Novruz bayramı süfrəsi üçün hazırlanmış nemətlər ,göyərdilmiş səməni ,ailə üzvlərinin sayı qədər şam , səməni olmaqla bərabər bir quru buğda sünbülü də olur . Bu sünbül evə bərəkət , artım payı olaraq gətirilir. Əziz Qadin.lilər sizi Baharın gəlişi,Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirik.Həyatınız bahar kimi rəngli,gül ətirli,Novruz xonçası kimi şirinliklərlə dolu olsun.Novruz
[1] 2 >>
Cəmi 869 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023