Cehiz alış verişi

Cehiz alış verişi


Cehiz alış-verişi toy hazırlıqlarının ən keyfli və rəngli mərhələsidir... Hər nə qədər analarımız cehiz sandıqlarını illər öncə basa-basa doldurmuş olsa da, yeni evləri üçün cehiz alverinə çıxma fikri gəlin namizədlərini həyəcanlandırar. Haradan başlamalı? Əvvəlcə cehiz alış-verişini edəcəyiniz mağazaların kataloqlarını əldə edin. Vitrinlər arasında gəzişib ehtiyac siyahınızı doldurmaq təxmin etdiyinizdən çox daha çətin olacaq. Əgər mağazanın bir internet saytı varsa, işiniz daha da asanlaşacaq. Ayrıca cehiz alveri mövzusunda mütəxəssis internet saytları isə fərqli fikirlər əldə etmənizə köməkçi ola bilər. Alış-verişə başlayırıq! Cehizinizin əhəmiyyətli parçalarından biri olan yemək dəstinin illərcə istifadə edəcəyinizi göz qarşısında saxlayaraq, dizaynı ilə fərqlilik yaradan variantlardan uzaq dayanmağa çalışın.Bir rəngli dəstlər də monoton bir hava yaradacağı üçün, seçiminiz qonaqlarınızı çaşdıracaq və onlar zövqünüzə heyran qalacaqlar. Yaradıcı ruhunuza güvənmirsinizsə,təkcə qab altlarını tək rəng seçə bilərsiniz.18 qabdan ibarət bir yemək dəstini seçin.Qabların qırılma riskini hər vaxt göz qarşısında saxlamaqda fayda var. Süfrələrinizlə dəstənizin uyğunlaşmasını da gözdən qaçırmayın. Kiçiklər üçün rəngli və canlı dəstlər seçin.Zərifliyi ilə ovsunlayan incə farfor dəstlərini də götürə bilərsiniz.Qabların qabyuyan maşınında yuyula biləcək olmasınadiqqət yetirin. Dəstlərin içində nələr seçə bilərsiniz? Boşqablar (böyük, orta, servis) və şorba kasaları... Çay və qəhvə üçün alınacaq dəstləri də unutmayın. Bunlara südlük, şəkərlik və kiçik xidmət qabları da əlavə etməlisiniz. Çəngəl-bıçaq dəstləri: Keyfiyyəti və dözümlülüyü ilə seçilən gümüş dəstlər üçün böyük markaların variantlarına
[1] 2 >>
Cəmi 949 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024