Ən yaxşı kosmetik vasitə-yuxu

Ən yaxşı kosmetik vasitə-yuxu


Gigiyena və qidadan əlavə, zahiri görkəmimizə və əhval-ruhiyyəmizə təsir edən ən mühüm amillərdən biri də yuxudur. Lakin indi gur həyat tərzi, səs-küy və emosional gərginlik üzündən çoxları yuxunun pozulmasından əziyyət çəkdiklərini bildirirlər. Şübhəsiz ki, bu da onların psixologiyasına və zahiri görkəminə çox pis təsir edir. Yuxunun pozulmasına səbəb olan ən mühüm cəhət işdəki əsəb gərginliyi ilə bağlı olan qanqaralıqlar, mənfi emosiyalardır. Yuxusuzluqdan əziyyət çəkən adamlar daha çox enerji sərf edir və həmişə yorğun görünürlər.Yorğunluqdan onların burun-dodaq əzələsində, gözlərinin ətrafında qırış əmələ gəlir, göz qapağları şişir, gözləri qızarır. Sifətin dərisi avazıyır və azca çatlayır. Yuxusuzluğa ən çox baş-beynin hüceyrələri çox həssas olur. Çünki onlar məhz yuxu zamanı təzələnir və iş qabiliyyətini bərpa edir. Alimlər adamların xasiyyəti, intellektual səviyyəsi, həyat tərzi və yuxusunun xüsusiyyəti arasındakı asılılığı və hətta onun hansı vəziyyətdə yatdığını belə ayndınlaşdırmışlar. Məlum olmuşdur ki, belə asılılıq, doğrudan da, mövcuddur. Məsələn, özünə güvənən adamlar sakit yatır və digərlərinə nisbətən yerlərində az çevrilirlər. Onların yuxusu daha dərin və daha qısa olur. Hər hansı başqa bir cəhətdən əziyyət çəkən adamlar isə narahat yatır, yerlərində tez-tez çevrilir və yuxuda diksinirlər. Yataq otağı böyük olmalıdır ki, orada maksimum təmiz hava olsun. Bundan başqa böyük otaqda bayırdan gələn səslər az eşidilir. Döşək yumşaq, kələ-kötürsüz olmalıdır. Balışın yumşaq olması da vacib şərtlərdən biridir. Yatmamışdan əvvəl otağın havasını dəyişmək lazımdır, hava çox soyuq deyilsə, pəncərəni açıq da qoymaq olar. Çünki, təmiz hava yuxu pozğunluğunu, gecə ayılmalarının və
[1] 2 3 >>
Cəmi 931 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023