Ən yaxşı kosmetik vasitə-yuxu

Ən yaxşı kosmetik vasitə-yuxu


qarabasmaların ən yaxşı dərmanıdır. Yuxu qabağı sinir sitemini oyadan vasitləri qəbul etmək, yəni tünd qəhvə içmək, siqaret çəkmək olmaz. Çətinliklə yuxuluyanlar bir çay qaşığı bal ilə bir stəkan südü qarışdırıb içə bilərlər. Südü xoşlamayanlar bir çay qaşığı bal ilə yarım stəkan su, ya meyvə şirəsi, limon dilimi ilə su içə bilərlər. Yaxşı yatmağın əsas şərtlərindən biri də sinir sisteminə xoş təsir göstərən sakitlikdir. Kiçik bir səs-küy də orqanizmi qıcıqlandırır, əsəbiliyi artırır və yorğunluq hissinin əmələ gəlməsini sürətləndirir. Ona görə də yatanda ətrafda heç bir səs olmamalıdır. Yuxudan doymamaq ya da səthi yuxu orqanizmin vaxtından əvvəl qocalmasına, onun qüvvədən düşməsinə gətirib çıxarır ki, bu da öz növbəsində bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Müəyyən edilmişdir ki, hətta cüzi səs-küy, asta danışıq, tıqqıltı da yatan adamın yuxusunu pozur, onun nəbzi sürətlə vurur, tənəffüsü tezləşir. Belə yuxu tam istirahər vermir. Yuxu qabağı pis xəbərləri təhlil etmək, ya da qorxulu filmlərə baxmaq olmaz. Yataqda uzanıb əzələlərin tam boşaldığına, alının qırışmamasına, qaşların düyünlənməməsinə, dişlərin qıcadılmamasına fikir verin. Dodaqlar sıx örtüldükdə ağızın ətrafında qırışlar əmələ gəlir. Bədən yataqda mümkün qədər yastı olmalıdır. Uşaqlara səs-küy daha pis təsir edir. Uşaq yatarkən səs-küy olduqda onun yuxusu səthi olur və o yuxu görməyə başlayır. Səs -küyün təsirindən uşaqlar əsəbi, şıltaq olurlar, onların iştahası pozulur və tez-tez başları ağrıyır. Yatmamışdan əvvəl bir qədər gəzmək lazımdır ki, oksigen catışmazlığı aradan qaldırılsın. İnsanın hansı işlə, yəni fiziki ya da zehni işlə məşğul olmasından asılı olmayaraq gərgin və uzun müddətli iş
<< 1 [2] 3 >>
Cəmi 943 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024