Kökəlib arıqlayandan sonra yaranan çatlar

Kökəlib arıqlayandan sonra yaranan çatlar


bütövlüyünü təmin edir. Daha incə olan elastin lifləri, kolajen lifləriylə birlikdə bir şəbəkə meydana gətirir və dərinin elastikiyində əhəmiyyətli bir rol oynayır. Əgər kolajen şəbəkələri nizamı pozularsa və elastik liflər qoparsa, dərini möhkəmləşdirən bütün quruluş pozulur və dəri yaraya bənzər bir vəziyyət alır, çatlar meydana gəlir. Çatlara mane ola bilərikmi? Düzgün qidalanmaq və bol su içmək dərinin sağlam bir quruluşa sahib olmasında və özünü qorumasında əhəmiyyətli bir faktordur. Dəridəki çatlara mane olan hər cür tədbir yaranan izlərin də eyni şəkildə solmasına kömək edir. Bu üsullar xəstəxana, klinika və gözəllik mərkəzlərində tətbiq olunur və həkim nəzarətində edilməsi lazımdır. Ancaq qeyd edək ki, izlərin tam itməsi qeyri-mümkündür. Çatlara qarşı müalicə üsülları Dəri çatları müalicəyə çox çətin tabe olsalar da, müəyyən prosedurların köməyi ilə 40-60% yaxşılaşma əldə etmək olar. Amma, əlbəttə ki, sizdəki çatların xüsusiyyətlərinə, nə vaxtdan qalmasına, rənginə baxmaq lazımdır. Əgər daha başlanğıc səviyyəsindədirsə,incə çatlardırsa, bunları müalicə etmək daha asandır. Müalicələrdə dəri tipi, çatların mərhələsi, genişliyi, bölgəsi kimi müxtəlif faktorlar nəzərə alınaraq, kombinasiya şəkilində proqramlar tətbiq olunur. Çatlara qarşı tətbiq olunacaq hər üsulun mütləq mütəxəssis həkimin köməyi ilə etməyin lazım olduğunu unutmamaq lazımdır. Həkim müayinədən sonra sizə hansı üsulun daha səmərəli olduğunu və qiymətini dəqiq deyə bilər. Mikrodermoabrazya Bu üsulda problemli bölgəyə aliminium oksid kristalları püskürdülür. Ultrasəs dalğası vasitəsiylə bağ toxuması, qüvvətləndirici dərman və kremlər dəriyə yeridilir.Tətbiqdən sonra həmin yerdə 15 dəqiqə ərzində heç bir qızartı və iz qalmır.
<< 1 [2] 3 4 >>
Cəmi 1006 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024