Bahar allergiyası

Bahar allergiyası


Mart ayı yaz mövsümünün ilk ayı olmaqla yanaşı, havanın, torpağın və suyun istiləşməyə başladığı, təbiətin canlandığı keçid dövrüdür. Fəsil dəyişikliyi ilə birgə insanların qidalanma vərdişləri və həyat nizamının dəyişməsi immun sisteminə də təsir edir. Bu aylarda çiçək tozları atmosferə yayılaraq ağız, burun, göz və ciyərlərimizə qədər çatır. Xüsusilə küləkli havalardan sonra polenler havaya daha çox dağıldığı üçün şikayətlər çoxalır. Ən tipik bahar allergiyasının allergik rinit olduğu qeyd edilir. Çiçək tozu, kif, toz, heyvan tükü və s. burun və gözlərdə qaşıntı, gözlərdə yaşarma, qızartı, burunda tutulma və axıntı, ağciyərdə isə sekresiyanın artması, öskürək və s. narahatlıqlara səbəb olur. Bahar allergiyası necə bilinir? Asqırma, burun tutulmasıı, burunda davamlı axıntı, gözlərdə qaşınma, sulanma, burunda, dodaqda, damaqda və boğazda qaşıntı, öskürək, baş ağrısı kimi şikayətlər olduqda həkimə müraciət etmək məqsədəuyğundur. 1.Siqaret çəkməyin və yanınızda siqaret çəkilməsinə icazə verməyin. 2.Tozlu və çiçək tozlarının olduğu mühitdə olmamağa çalışın. Əgər olmaq məcburiyyətindəsinizsə, mütləq maskadan istifadə edin. Çiçək tozuna ən çox səhər erkən saatlarda və axşam saatlarında rast gəlmək olar. Bu saatlarda çölə çıxmamağa çalışın. 3.Tozcuqların uçduğu mövsümdə qapı və pəncərələri açmayın. Küləkli havalarda evdə qalmağa çalışın. 4.Burunun xarici qisiminə və göz ətrafına incə bir təbəqə şəklində vazelin çəkin, çiçək tozları vazelinə yapışmır və beləcə, buruna daxil olması əngəllənir. 5.Kondisionerlərdəki filtrləri hər ay dəyişdirin, allergiya əleyhinə olan xüsusi filtrlər alın. İçəridə olan havanı dəyişən, çöldəki havadan istifadə etməyən xüsusi kondisionerlərdən istifadə
[1] 2 3 >>
Cəmi 952 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 24 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023