Bitməyən savaş

Bitməyən savaş


Nə bəxtsiz qadınam mən: Qaynanaların pis zamanında gəlin oldum. Gəlinlərin pis zamanında qaynana oldum" (Keçmişin gəlini, indinin qaynanası) Dünya, yaranandan bəri hər çür savaş görüb. Savaşlar, uduzanlar, udanlar, məğlubiyyəti qəbul edənlər... Necə olur-olsun nəticədə hamısı bitib. Həmişə davam edən bir savaş var ki; o da dünyanın sonuna qədər davam edəcək bir savaşa bənzəyir. Hansı tərəfi dinləsəniz ona haqq verəcəyiniz, içindən heç vaxt çıxa bilməyəcəyiniz bir düyündür bu. Oğlan anası övladını böyüdür, oxudur. Daha sonra həsrətlə gəlin axtarışına başlayır. Qohuma-qonşuya, dosta-tanışa səs salır. Münasib bir gəlin axtarır: "Əli, üzü düz olsun. Oğuluma yaraşsın. Gülərüzlü olsun. İşləyən olsun, mümkündürsə, müəllim olub yarım gün işləsin." kimi istəklərlə aylar, hətta illərlə davam edən axtarışlar nəticəsində oğlana bir qız tapılır. Artıq istəmə mərhələsində başdan aşağı süzmələr, eynək üstündən baxmalar hər sözdən bir məna çıxarmalar başlayır. Nişan, toy, alış-veriş müddətində ilk incikliklər yaşanır artıq. Qız tərəfi "az aldılar, qızımıza çox xərc etmədilər", oğlan tərəfi "çox istədilər, belimizi bükdülər"-deyə şikayətlənirlər. Gəlin evə gələndən, oğlan anasının da qaynanalığı başlayır artıq. Birlikdə yaşayanların davaları daha böyük olur. Atışmalar, incikliklər, gəlinin ərinə, ananın oğuluna şikayətləri bitmək bilmir. Onsuz da olan çox vaxt oğula olur. Qaynana: "Oğulumu mən böyütdüm"- deyib sahiblənir. Gəlin: "Ərimdir, uşağımın atasıdır"- deyib sahiblənir. Oğlan həmişə bölüşülə bilməyən tərəf olur. Qız övladı nə etsə gözə batmaz, amma gəlinin etdikləri kol tikanı kimi batar. Gəlin də anasının dediyinə, etdiyinə inciməz, amma qaynanası nə desə inciyər, küsər. Bu qaynanalar da bir az
[1] 2 >>
Cəmi 777 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024