Gelin qaynana

Gelin qaynana


hiss edir. Bu da sizin əlaqənizə mənfi təsir edəcək. * Keçmişdə baş verənləri bu gününüzdə təkrarlamayın. Özünüzü və yoldaşınızı, hətta uşaqlarınızı da mənfi düşüncələrdən uzaq tutun. Hər gün yeni bir gündür və hər gün əslində yenidən başlamaq üçün sizə imkan yaradır. Mənfi düşüncələrinizi bir kənara buraxın və yenidən başlayın. *İntriqa aparmaq əvəzinə qaynananızla bərabər səviyyədə ünsiyyət qurmağa səy göstərin. Dediklərini dinləyin. Dinləməyiniz haqq verdiyiniz, ya da hər dediyini etdiyiniz mənasını vermir ki.... "Səni anlayıram" mesajı çox yerdə işə yarayacaq. Siz dinləməyə başladınızsa, bir müddət sonra onun da sizi dinlədiyini görəcəksiniz. Həyatınızdakı insanlarla ortaq olduğunuz fikirlərlə yanaşı, fərqli düşüncələriniz də olacaq. Bunları intriqahalına gətirməyin. "Sən haqsızsan, mən haqlıyam" kimi fikirlər heç kimə kömək edə bilməz. Həyatın hər nöqtəsində fərqli inanc və düşüncələr vardır. Çalışın olduğu kimi qəbul edib, anlayıb,dinləyəsiniz. Və hər nə olursa-olsun, əlaqələrinizi müəyyən bir çərçivədə saxlayın. Əlaqələrdə mütləq sevgi və hörmətə əsaslanan sərhədlər olmalıdır. * Ailə böyükləri başa düşməlidirlər ki,onların övladları artıq yeni bir ailə qurub. Yeni evlənmiş cütlüklər də valideyinlərinin xətrinə dəymədən incə şəkildə bunu onlara xatırlatmalıdırlar. Cavanlar artıq bir yetkin olduqlarını ailələrinə hiss etdirməlidir. Özünüzü onlara ifadə edin. Hiss etdiklərinizi izah edin. Cümlələrinizi "Sən beləsən" yerinə "Mən belə hiss edirəm" şəklində qurun. Yoldaşınızın ailəsi ilə bir döyüş meydanında deyilsiniz, bunu unutmayın. * Bir-birini kənara atmaq yerinə, ortaq hərəkət edin. Bir-birinizin düşməni deyilsiniz. Ortaqlıq hiss etmədiyiniz fikirlərdə isə öz həyatınızı və
<< 1 [2] 3 >>
Cəmi 905 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 160 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024