Məlum bitkilərin naməlum xassələri

Məlum bitkilərin naməlum xassələri


Yemişan Çox qədim zamanlardan xalq təbabətində bir sıra xəstəliklərdə yemişandan istifadə olunub. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən dəmlənmə şəklində (20qr-200qr) xroniki ürək ağrısı və hipertoniya xəstəlikləri zamanı istifadə olunur. Bundan əlavə, bu bitkinin təzə dərilmiş meyvələri ana südünü və onun keyfiyətini təzələmək məqsədi ilə işlədilir. Ərik (qaysı) Əriyin tərkibində çoxlu kalium vardır. Ürək-damar xəstəliklərində, hipertoniyada (qan təzyiqi yüksəldikdə) çox xeyirlidir. İnfakt keçirmiş adamlara quru qaysı yemək məsləhət görülür. Lakin gündə 150 qramdan artıq yeməkolmaz. Üzüm Üzümün tərkibində çoxlu miqdarda qulikoza, fruktoza, mineral maddələr, üzvü turşular, P vitamini vardır. Üzüm qurusunun tərkibində çoxlu miqdarda kalium vardır ki, bu da orqanizimdən sidik turşusunu xaric edərək daşların əmələ gəlməsinin qarşısını alır. Üzüm və üzüm qurusu ürək-damar sistemini, ağciyər və qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir. Üzümü uzun müddət yedikdə qan təzyiqini aşağı salır. Lakin üzümü digər meyvələrlə birlikdə yemək olmaz və yaxud üzüm yiyərkən süd, kvas, mineral sular içmək olmaz!Belə ki, onların birgə qəbulu qıcqırma prosesini artırır və qarın köpür. Meşə çiyələyi Meşə çiyələyindən ürək-damar sisteminin xəstəliklərində, hipertoniyda, aterosklerozda, podaqrada və duz mübadiləsinin digər pozğunluqlarında istifadə olunur. Meşə çiyələyi bağırsaqların fəaliyyətini nizamlayır. Əncir Əncir ürək-damar sisteminin xəstəliklərində çox xeyirlidir. Süddə bişirilmiş ənciri yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəm gətirici vasitə kimi qəbul edirlər. Ənciri şəkər xəstələriyeyə bilməzlər. Alma Tərkibində çoxlu miqdarda üzvu turşular, pektin, fitonsidlər,mineral maddələr
[1] 2 >>
Cəmi 863 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024