Öz təbibin ol

Öz təbibin ol


rəngini saraldır və həzmə ziyan edir. Bu halı aradan qaldırmaq üçün ondan sonra şirniyyat yemək məsləhətdir. Mərci Qaynadılmış suyu mədəyumşaldıcı xassəyə malikdir. Sirkə ilə tam bişirilmiş halda mədəyə köp vermir, bədənimöhkəmləndirir. Qaynadılmış suyunu içmək öskürək, ağız yarası, sinə və boğaz ağrısı üçün faydalıdır. Mərcini çiy yumurta ilə qatıb, təpitmə qoymaq dəridə olan çatlar üçün xeyrlidir. Bal ilə təpitməsi yara üçün, kələm yarpağı ilə təpitməsi isə döş şişini və süd qatılaşması hallarını aradan qaldırır. Mərcinin gül yağı ilə qatışığı şişlər üçün xeyirlidir. Çox mərci istifadə etmək qan tərkibinə ziyan edir. Mərcidən sonra şirniyyat yemək isə babasilə və sidik yollarına zərər verir. Bu zərərli xüsusiyyətini aradan qaldırmaq üçün onu küncüt yağı və çuğundur yarpağı ilə bişirmək, yağlı ət və sirkə ilə yemək məsləhətdir. Hil Quruducu xassəyə malik olub, ürəyi və mədəni möhkəmləndirir. Hil əhvalı yaxşılaşdırıb, həzmi sürətləndirir. O, tər iyini və ağız qoxusunu aparır. Hil mədə xəstəliyini müalicə edib, böyrək daşını salar. Onu toz halında buruna çəkib asqırmaq müxtəlif səbəbdən törənmiş baş ağrılarını sakitləşdirir.
<< 1 [2]
Cəmi 847 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024