Öz təbibin ol

Öz təbibin ol


Lobya Qırmızı rəngdə olanı daha yaxşıdır. Bədənə istilik verir, cinsi fəaliyyəti gücləndirir. Sidikqovucu xassəyə malikdir. Lobya insanı kökəldir. Onun qaynadılmış suyunda oturmaq bel və böyrək agrısı üçün faydalıdır. Lobya gec həzm olunan qidadır. Noxud Dənli paxlalı bitkilərin ən yaxşısı noxuddur. Noxud bədənə istilik və quruluq gətirir. Sidikqovucu və tərqovucu xassəyə malikdır. Noxud sperma və südü artırır və təmiz qan yaradır. Qaynadılmış noxud suyu sinə ağrılarını kəsir. Onu təzə süd ilə qatıb içdikdə boğaz quruluğu və səs tutulmasına xeyrlidir. Noxudu bir gecə sirkədə islatdıqdan sonra səhər acqarnına yeyilsə bağırsaq qurdlarını təmizləməyə kömək edər. Noxudun qaynadılmış suyunda oturmaq çanaq nahiyəsi ağrılarında və uşaqlıq yolunun təmizlənməsində gözəl vasitədir. Qaynadılmış qara noxud böyrək üçün faydalıdır. O bağırsaqları təmizləyib mədə köpünü aradan qaldırır. Onu bədənə sürtmək qaşınmanın və üz sarılığının qarşısını alır. Yaşıl noxudun suyu ilə ağızı qarqara etmək damaq şişkinliyini və diş ağrısını aradan qaldırır. Paxla İshal və ürəkbulanma zamanı münasibdir. Sinəni və ağ ciyərləri təmizləyib, onu möhkəmləndirib, öskürəyi sakitləşdirir. Onun qaynadılmış suyu ilə qarqara etmək boğazda olan quruluğu aradan qaldırır. Paxlanın yarpağını bədəndəki yanığın üzərinə qoymaq faydalıdır. Paxla qaz və köp yaradır. Ona görə də onu badam yağı və isti ədviyyatlarla yemək məsləhətdir. Acı paxla sidikqovucu xassəyə malikdir. Təpitməsi qaşınma üçün faydalıdır və həşərat dişləməsində zəhəri zərərsizləşdirir. Acı paxla görməni qüvvətləndirir. Onu bal ilə qatdıqda nəfəs tutulmasına, xroniki öskürək üçün faydalı olub, dalaq və sidik kisəsini möhkəmləndirir. Paxlanı çox yedikdə üzün
[1] 2 >>
Cəmi 842 nəfər oxuyub
Bəyənən (163) | Bəyənməyən (128)
Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024