Banan haqqında bilmədikləriniz

Banan haqqında bilmədikləriniz


Bu dəfəki xəbərimdə hər birimizin sevərək istifadə etdiyi, hətta hər gün azı bir ədəd də olsa yediyimiz dadlı banandan bəhs edəcəyəm. Bananı çox zaman bir meyvə olaraq düşünüb istifadə edirik. Halbuki, banan nəinki meyvə, hətta diset sayılır. Adətən arıqlamaq istəyən xanımlar gərgin idman hərəkətlərindən sonra bir ədəd banan yeyirlər. Bununla itirdikləri enerji mənbəyini bərpa etmək və eləcə də bananın tərkibindəki kalsiumdan faydalanmaq istəyirlər. Əslində isə banan şəkər tərkibli disertdir. İdman hərəkətlərindən dərhal sonra onu yeməkdənsə böyürtkən şirəsi və ya kök şirəsi içə bilərsiz. Bu həm itirilmiş enerjini bərpa edər, həm də sağlam şəkildə pəhrizinizi davam etdirməyinizə kömək olar. Bu misalı çəkməkdə məqsədim odur ki, banan haqda hələ bilinməyən çox məlumat var. Hansı ki, o məlumatı hər tərəfli araşdıraraq, vahid şəkildə bizlərə təqdim edən Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoruNübar xanım Həkimovadır. Elə məhz onun əldə etdiyi nəticələr əsasında sizə bu günkü xəbəri təqdim edirəm. Burada siz bananın kimyəvi tərkibi və faydaları haqda öyrənə bilərsiz. Banan ot bitkisi olub güclü şirəli kök sisteminə malikdir.Bananı cənnət çörəyi, tərəvəz xörəyi, yol çörəyi, bağ çörəyi və s. adlandırırlar.Çiçək saplağı tüklərlə əhatə olunub, çiçək yanlığıisə tünd qırmızı rəngdədir. Meyvələri uzun olub, yetişəndövrdə uzunsov, üç üzlü olur, özəyi unludur. Toxumu (əgərvarsa) çox yastılanmış şəkildə olur. Banan meyvəsinin tərkibində75-76%-ə qədər su, 15-25%-ə qədər şəkər, 7% nişasta,1,3% zülal, 0,3-0,6% efir yağı, sellüloza, alma turşusu,ferment, pektin maddələri, kalium duzları, C, B2, PP, E vəprovitamin A tapılmışdır. Qabıq hissəsində çoxlu tanin və karotinmaddələri vardır.
[1] 2 3 >>
Cəmi 809 nəfər oxuyub
Bəyənən (166) | Bəyənməyən (152)
Dostlarınla Paylaş

Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024