Ev şəraitində yiğa biləceyiniz saç modelləri

Ev şəraitində yiğa biləceyiniz saç modelləri


Əziz xanımlar, biz toya, ad gününə və ya harasa gəzməyə gedərkən mütləq salona baş çəkirik. Bu xəbərim salona getməyə vaxtı olmayan xanımlar üçündür. Sizə ev şəraitində yığa biləcəyiniz saç modelləri təqdim etmək istəyirəm. Hər biri çox gözəldir. Buyurub baxa bilərsiniz. Bu saç modeli əsasən gənc qızlarımız üçündür. Saçımızı şəkildə gördüyümüz kimi iki hissəyə ayiririq, hər iki hissəni toxuyuruq və sonda birləşdiririk. Bu şəkldəisə saçımızı ortadan iki hissəyə ayırırıq. Bu adi toxunuş deyil, bu toxunuşa sünbül toxunuşu deyirlər. Bu model də çox gözəldir. Bu saç modelini toya gedərkən yığa bilərsiniz. Saçımızın ön hissəsindən bir az ayırırıq, sonra orta hissəsindən bir az götürüb forma verərək köpdürürük. Əvvəlcə ayırdığımız hissəni arxaya darayıb düzəldirik. Saçınızı 2 formada edə bilərsiniz. Arxasını açıq saxlamaq da olar, toplayıb yığmaq da. Bu saç modeli də yuxarıdakı modelə oxşayır. Amma saçın özü dalğalı olduğu üçün başqa formada görünür. Bu modeli də iş görüşməsinə gedərkən toplaya bilərsiniz. Burada isə saçımızın hamısını yuxarıdan toplayıb yığırıq, sonra bir hissə ayırıb qalanını şəkildəki kimi yığırıq. Ayırdığımız hissəni toxuyub saçın ətrafına dolayırıq. Budur saçımız hazırdır.
Cəmi 727 nəfər oxuyub
Bəyənən (149) | Bəyənməyən (133)
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023