Ev şəraitində hörgülü topuz yiğmaq

Ev şəraitində hörgülü topuz yiğmaq


Əziz xanımlar, rəfiqələrimizlə görüşərkən, gəzintiyə çıxdığımız, hər hansı şənliyə getdiyimiz zaman hamıdan fərqlənmək istəyirik. Bunun üçün geyimimizə, makiyajımıza, saç düzümümüzə hər zaman dəyişiklik edirik. Öz xarici görünüşü ilə fərqlənən qadınlar hər zaman baxımlı görünürlər. Buna görə də tez-tez salonlara baş vururuq. Lakin buna hər zaman vaxt ayıra bilmirik. Gözəl qızlarımız və gəlinlərimiz mən bu gün sizə evdə öz əllərimizlə yığa biləcəyiniz saç modeli təklif edirəm. Buyurun ardıcıl olaraq izləyin. 1. İlk öncə saçları yana ayırırıq. 2. Sonra hörməyə başlayırıq. 3. Beləcə arxaya doğru davam edirik. Xanımlar, bu hörüyü saçımızın əks tərəfindən də eyni şəkildə hörüb arxadan hər iki hörüyü birləşdirib yeni saç forması yarada bilərik. 4.Hörüyümüzü boyun ətrafı boyunca davam edirik. Bu vəziyyətdə saçın ucuna rezin vurub, ucunu açıq saxlayaraq saç modelini tamamlaya bilərik. 5. Bu modeldə isə saçı ucuna qədər hörürük. Sadə görünmək istəyi ilə, gündəlik sport paltarla bu hörüyü rezinlə berkidib açıq hörük modelini ala bilərik. 6. Şəkildəki modeldə isə saçın ucunu içəriyə qatlayırıq. 7. Qatladığımız hissəni sancaqla bərkidirik. 8. Beləliklə saç modelimiz hazırdır. Bu saç düzümü xanımlarımıza tam fərqli bir imic, şarm verəcək. Bu düzümlə klassik geyim daha gözəl görünər. Ümid edirəmki bəyənəcəksiniz. Sizə hamıdan fərqli, hamıdan cazibədar və hamıdan şarmlı olmağı arzulayıram. Bu işdə də sizə uğurlar!
Cəmi 842 nəfər oxuyub
Bəyənən (172) | Bəyənməyən (143)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023