Gözəl saçlar üçün 6 qızıl qayda

Gözəl saçlar üçün 6 qızıl qayda


1.Saçlarınız üçün taxta daraq və ya fırçadan istifadə edin. Taxta daraq saçlarınızı digər daraqlardan daha az qırır, saç səthindəki toxumun məhv olmasına mane olur. Beləcə saçlarınız nazikləşməz. Fırçanın isə saçları parıldatdığı doğrudur. Çünki fırça yalnız saçınıza deyil, saç dibinizə də masaj edir və qan dövranını sürətləndirir. Bu səbəbdən hər səhər dırnaqlarınızdan istifadə etmədən barmaqlarınızla saçınızın dibini massaj edin. 2.Saçlarınızı həftə ərzində az yuyun. 2 gündən bir yuyursunuzsa, 3 gündən bir yumağa çalışın. Saç diblərinizdəki təbii yağlar saçınızın öz-özünü bərpa etməsinə köməkçi olar. 3.İki həftə boyunca duşa girməzdən əvvəl saçlarınıza küncüt yağı və zeytun yağı sürtün. Xüsusilə saç uclarınıza küncüt yağı çox yaxşı təsir göstərəcək. Ən az 2 saat saxlayın və yuyun. 4.Şampundan sonra mütləq saç maskası istifadə etməyə çalışın. Mümkün olduqca saç diblərinizə çox dəyməsin. Saç kökləriniz zəif ola bilər və bu saç tökülməsinə səbəb ola bilər. Xüsusilə saçların tökülməsindən şikayət edənlərin saç kremlərini və maskalarını saç diblərinə vurduqları dəfələrlə sübut edilmişdir. 5.Duşdan çıxarkən saçınızı son dəfə duruladığınız suya maksimum bir çay stəkanı alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın. 2 həftə boyunca həftədə bir dəfə olmaq üzrə tətbiq edin. Sirkə daim saçınızı parlaqlaşdırar və çox gözəl bir görünüş bəxş edər. 6.Saçlarınızı yığaraq yatmayın. Xüsusilə istifadə etdiyiniz broşlar rezin olmasın. Xaricdə məşhur saç baxım markalarının mütəxəssisləri saçlarımızı ipək və ona oxşar parçalardan edilmiş broşlarla yığmanızı təklif edirlər. Ən sadə bir misal - çiyindən asdığınız çantanın qulpuna ilişən saçlarınız tez qırılır, beləcə
[1] 2 >>
Cəmi 728 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024