Saçlarınız gözəl olsun

Saçlarınız gözəl olsun


Ev şəraitində hazırlanan saça qulluq maskaları həm saçlarınızı qoruyacaq, həm də onları parlaq və yumşaq edəcək. Maskaların tətbiqi saçlarınızın vəziyyətindən asılıdır - əgər saçlarınız sağlam deyilsə, həftədə 2-3 dəfə maskaları etməyiniz məsləhətdir, profilaktika üçün isə ayda 1 dəfə etməyiniz kifayətdir. *Kokos yağlı quru saçlar üçün maskalar 1. Bu maskanı etmək üçün sizə lazım olacaq; - 1 xörək qaşığı kokos yağı. - 1 xörək qaşığı zeytun yağı. - bir neçə damcı lavanda və ya ilanq-ilanq efir yağı. Bu inqrediyentləri qarışdırın. Saçlarınıza çəkib, bir neçə saat saxlayın. Sonra adi qaydada-şampun və kondisionerlə yuyun. Proseduru həftədə bir dəfə etməyiniz məsləhət görülür. 2. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı jojoba yağı ilə qarışdırın, azca qızdırıb saçlarınıza çəkin. 1 saat saxlayın, sonra adi qaydada yuyun. Bu maska quru saçları nəmləndirir və parıltı bəxş edir. 3. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı çaytikanı yağı (oblepixa yağı) ilə qarışdırın. Saçlarınıza çəkib, istidə saxlayın. 1 saatdan sonra adi qaydada yuyun. Bu maska çox zədələnmiş quru saçları bərpa edir. 4. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı badam yağı ilə qarışdırıb azacıq qızdırın, saçlarınıza çəkib 1 saat saxlayın. Sonra adi qaydada yuyun. Bu maska rənglənmiş quru saçları bərpa edir. *Qidalandırıcı maska 1 neçə yumurta sarısını 1 xörək qaşığı zeytun yağında çalıb, üzərinə 1 xörək qaşığı bal və 2 xörək qaşığı brendi əlavə edib qarışdırın. Saçlarınıza çəkin, üzərini polietilen papaq və dəsmalla bağlayın. Minimum 20 dəqiqə (maksimum yarım saat) saxlayıb isti su ilə adi qaydada yuyun. *Saç maskası Bu maskanı etmək üçün sizə lazım olacaq: - 1 hissə limon şirəsi - 1 hissə zeytun
[1] 2 >>
Cəmi 746 nəfər oxuyub
Bəyənən (155) | Bəyənməyən (167)
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023