At şampununun saçlarımıza təsiri

At şampununun saçlarımıza təsiri


olur. Bu şampunlar qışda, saçlar zəiflədiyi zaman istifadə edildikdə daha faydalı olur. At üçün şampunun tərkibi də adi isdifadə etdiyimiz şampunun tərkibi ilə eynidir. Tərkibinə natrium sulfat, qliserin oleat, qlikol destearat, və s daxildir. Ancaq bu maddələr at şampunlarında miqdarca daha çoxdur və onları təşkil edən faydalı maddələr də daha yüksəkdir. Bəs bu şampunları necə seçmək olar? Əvvəlcə saçınızın strukturunu və problemlərini bilməlisiniz. Əgər saçlarınız kəpəkli və ya yağlıdırsa, saç itkisi varsa, arı yapışqanı, qətran qatışığı olan şampun seçin. Yox əgər saçlarınız qırılırsa, lanol və kollagen tərkiblisini seçin. Allergiyaya meyllisinizsə, qətran və keratin tərkibli at şampunu seçin. Saçlarınızın uzanması üçün istifadə edəcəyiniz at şampununu düzgün istifadə etməlisiniz: Bu ancaq yağlı və normal saçlar üçündür, quru saçlara məsləhət görülmür. Daxildə heç bir ciddi xəstəliyiniz və dəridə probleminiz olmamalıdır. Saçı yuduğunuz zaman mümkün qədər az miqdarda istifadə etməlisiniz. Hər dəfə bu şampunla saçınızı yuduqdan sonra, keyfiyyətli balzam istifadə edin. Yaxşı olardı ki, bununla birgə həftədə bir dəfə təbii komponent tərkibli, bərpaedici saç maskası istifadə edəsiniz. Adət etmədiyiniz hava şəraitində, yəni yayda çox isti olduqda, xaricdə və cənubda olduqda bu şampunu işlətməyin. Saçınızın vəziyyətinə fikir verin. Saçınızda narahatlıq, qaşınma, yanma hiss etdiyiniz an, bu şampundan istifadəni dayandırın və əvvəl istifadə etdiyiniz adi, saçınıza uyğun şampun işlədin. Ardıcıl olaraq at şampunu işlətməyin. Bir flakon şampun istifadəsindən sonra 2-3 ay fasilə edin, sonra yenisini almağa qərar verin. Yaxşısı budur ki, saçınıza təsirinə fikir verəsiniz. Yadda saxlayın ki, saçlara az intensiv təsir edən dayçalar üçün
<< 1 [2] 3 >>
Cəmi 780 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024