Soyuq havadan saçınızı qoruyun

Soyuq havadan saçınızı qoruyun


Ekspertlər sübut ediblər ki, soyuq hava gələn kimi xüsusilə qadınların saçlarında və dərilərində problemlər yaşanır.Saçlara düzgün qulluq etmək istəyirsənsə, onları düzgün yumalısan. Həyat tərzi, saçın hansı növə malik olması, qidalanmamız saçlara düşündüyümüzdən çox böyük təsir edir. Normal yağlı olan saçlar həftədə 2 dəfə yuyulsa yaxşı olar. Kifayət qədər yağlı saçlar isə 2- 3 gündən bir yuyulmalıdır. Quru saçlar isə daha gec-gec yuyulur. Şampun seçiminə də diqqət etmək lazımdır. Tez-tez fen, balzam, saç kremlərindən istifadə saçınızın solğun və cansız görünməsinə səbəb olacaq.Qışda isə saç xanımlardan daha çox qulluq tələb edir, soyuq və şaxtalı havada bayıra papaqsız çxmayın. Saç ucları bu halda elektrikləşir və normal görünmür. Elektriklənən saçlar üçün asan maskanı sizə təqdim edirəm: Bunun üçün bizə bal lazım olacaq. 1 xörək qaşığı balı su ilə qarışdırıb saçlarınızı yaxalayın (çimərkən saçınızı sonda bu suyla yuyun). Hər dəfə saçınızı yuduqdan sonra bu “maskadan” istifadə edin. Qış fəslində saçlar daha çox qulluq tələb edir. Piy vəziləri saçları şaxtadan qorunması üçün artıq miqdarda piy ifraz edir, ona görə də qışda onları tez-tez yumaq lazım gəlir. Havanın dəyişməsi ilə əlaqədar saçlar quruyur, kövrəkləşir və qırılır. Dərinin hədsiz quru olması da buna səbəb ola bilər. Əgər saçlarınız qurudursa, bir qayda olaraq onları yumazdan 20 dəqiqə əvvəluclarına şalğam yağı sürtün. Qışda saçlarınızı ətraf mühitin təsirindən qorumaq məqsədilə papaq geyinin. Bu fəsildə başın dərisinə saç düzləşdirici preparatlar yaxmaq olmaz. Hazırda saçları möhkəmləndirən bir çox köpük və gellər var. Belə vasitələr saçları qidalandırır, həcmli göstərir və uzanmasını təmin edir. Tünd saçları
[1] 2 >>
Cəmi 736 nəfər oxuyub
Bəyənən (159) | Bəyənməyən (147)
Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024