Saç xəstəliklərinin müalicəsi

Saç xəstəliklərinin müalicəsi


Hər bir qadın gözəl görünüşlü saçlara sahib olmağa çalışsa da, bəzən problemlərə qarşılaşırııq. Bunlardan bəziləri ilə sizləri tanış edirəm ki, saçlarınızın qayğısına düzgün qalasınız. Saçdərisindəkəpəklənmə, göbələk, saç qıran Xəstələr ümumiyyətlə saç dərisində qaşıntı, kəpəklənmə, yara, saç tökülməsi və seyrəkləşmədən şikayət edirlər. Ən çox qaşıntıya səbəb olan xəstəliklər: saçlarda bitlənmə, saç ekzemaları və şəkər xəstəliyidir. Kəpəklənməyə səbəb olan xəstəliklər isə: saç ekzaması, zobxəstəlikləri, sinir ekzaması və göbələk xəstəliyidir. Saç tökülməsinə səbəb olan xəstəliklər arasında xüsusilə: qızdırmalı xəstəliklər, dəmir-zülal-sink əskikliyi, tiroid xəstəlikləri,hamiləlik, şəkər xəstəlikləri, qaraciyər və böyrək xəstəlikləri, anemiya, arıqlamaqüçün həddindən artıq pəhriz saxlama, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar və kimyəvi maddə istifadəsi, mərkəzi sinir sistemi xəstəlikləri və stress iştirak edir. Bunlardan başqa, bir də qadınlarda görülən, kişilərdəki adi keçəlliyə bənzər (androgenetik alopes) mövcuddur. Bu vəziyyətə ən çox over kistleri, hormonal pozğunluq və andrenal şişlər səbəb ola bilərlər. Bu səbəblərdən ötrü androgenetik tip keçəllik çox yaxşı araşdırılmalı və tədqiq edilməlidir. Saç seyrəkləşməsi və tökülməsini ilə bərabər, bəzən regional saç tökülməsi də ola bilər. Ən sıx rast gəlinən regional saç tökülməsinə nümunə olaraq göbələk xəstəlikləri, saç qıran, bəzi kosmetikaların çox istifadə edilməsi və davamlı bir bölgədən saç qoparılması sayıla bilər. Saç qıran, göbələk xəstəliyi və bərpa edilə bilməyən tökülmələr Saç qıran, bir neçə mm ilə 1-2 sm. diametrində yumru bir sahədə ani saç
[1] 2 3 >>
Cəmi 903 nəfər oxuyub
Bəyənən (155) | Bəyənməyən (139)
Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023