Saçlara qulluq

Saçlara qulluq


Əziz xanımlar, sizi daha gözəl göstərən saçlara qulluq etməyin də öz qaydası var. Əsas üsullardan biri onların düzgün yuyulmasıdır. Saçları tez-tez, qaynar su ilə yumaq ziyandır. Saçlarınızı yuyanda ilıq, yaxalayanda isə soyuq sudan istifadə edin. Saçınıza düşən şampunlardan istifadə etmək də əsas şərtlərdəndir.Çalışın ki, onları otaq temperaturunda qurudasınız, əgər fendən istifadə edirsinizsə onu saçlarınıza çox yaxın tutmayın. Saçları tam qurumamış darayın.Saçlarınızı hər gün müxtəlif istiqamətlərdə yumşaq daraq ilə darayın. Onları dararkən dərini də masaj etmək lazımdır, bu , saçların yaxşı uzanmasına, onların toz və qabıqdan təmizlənməsinə kömək edər. Saçların qabıq verməməsi üçün 100 qr gicitkan köklərinin üstünə 0.5 l sirkə, 0.25 l su töküb yarım saat qaynadın, soyuyandan sonra süzüb hər gün başın dərisinə çəkin. Saçları bərk hörmək olmaz , bu, qan dövranını pozur və onların tökülməsinə gətirib çıxarır.Sarışın xanımlar saçlarını yuyarkən axırıncı dəfə çobanyastığı çiçəklərinin dəmləməsi ilə yaxalaya bilərlər. Ağ saçlı qadınlar saçlarını lil(sinka)qatılmış su ilə yaxasalar saçlarının sarılığı gedər və gözəl ağ rəng alar. Quru saçları isə həftədə birdəfə yumaq lazımdır:belə saçları olan xanımlar başlarını isti su ilə yumamalı, isti hava ilə qurutmamalıdır. İmkan daxilində ayda 2-3 dəfə başınızı yumamışdan əvvəl qidalandırıcı kompres edin: 2 yumurta sarısına 2 çay qaşığı bitgi yağı, 1 xörək qaşığı su əlavə edib çalın və diş fırçası ilə bu məhlulu başınıza çəkib polietilen papaq qoyun və isti yaylıqla bağlayın. 2-3 saat sonra ilıq su və sabunla yuyun. Alma sirkəsində də fayda var Saçlarınızın gözəl və kəpəksiz olması üçün onu yuduqdan sonra yaxalayan zaman 1 litr suya, 1
[1] 2 >>
Cəmi 807 nəfər oxuyub
Bəyənən (164) | Bəyənməyən (156)
Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023