Parlaq saçlara necə sahib olaq?

Parlaq saçlara necə sahib olaq?


Kosmetik məhsullardan istifadə edərək saçlarınızın parlaq və sağlam görünməsini təmin etdiyinizi düşünə bilərsiniz. Ancaq daimi parlaqlıq üçün əvvəlcə qidalanmanıza diqqət yetirməniz lazımdır. Bədəniniz üçün lazımlı vitamin və mineralları kafi miqdarda qəbul etdiyiniz zaman az qırılan və parlaq saçlara sahib olacaqsınız. B vitamini saç baxımında başlıca rol oynamaqdadır. H(biotin) vitamini isə saç və dırnaq sağlamlığı üçün istehsal olunan bir çox kosmetik məhsulun içərisində var. Bununla belə bu vitaminləri gündəlik qidalarımızdan da əldə etmək məqsədəuyğundur.Süd,yumurta,balıq,ət məhsullarında H və B vitamini çoxluq təşkil edir. Eyni zamanda fındıq, gül kələmi və banan da biotinlə zəngindir. A, E və C vitaminləri antioksidant təsiriylə saç dərisinin və saçlarınızın daha sağlam olmasını təmin edir. A vitamini saçlarınızı yumşaldır, C vitamini saç diblərinin möhkəmlənməsinə dəstək olur, E vitamini isə saçlarınızı ekoloji faktorlara qarşı qoruyur. Saç sağlamlığı üçün omeqa 3 və omeqa 6 yağ turşuları da çox əhəmiyyətlidir. Omeqa yağ turşuları yalnız qida yolu ilə bədənə daxil olur. Bu turşuları ala bilmək üçün müntəzəm olaraq balıq və zeytun yağı istehlak etməlisiniz.
Cəmi 742 nəfər oxuyub
Bəyənən (141) | Bəyənməyən (127)
Dostlarınla Paylaş

Saytda 15 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023