ÇAPIB GƏLMİSƏN MƏNİM ÜSTÜMƏ - Lətifələr

ÇAPIB GƏLMİSƏN MƏNİM ÜSTÜMƏ - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

ÇAPIB GƏLMİSƏN MƏNİM ÜSTÜMƏ


Mollanın seyidlərdən, dərvişlərdən yaman zəhləsi gedərmiş. Onları görməyə gözü yox imiş.Bir gün axşamüstü bazardan təzəcə gəlib dincəlmək üçün uzanmışmış. Birdən qapı döyülür. Nə qədər səslənir ki: "Adam, kimsən? Adam, kimsən?" – qapı döyən səs vermir. Axırda naəlac qalıb gedir qapıya. Baxır ki, bir seyiddir, belində göy qurşaq, başında da göy əmmamə. Molla qaş-qabağını töküb soruşur:
– Nə var? Nə istəyirsən?
Seyid deyir:
– Allah qonağıyam. Bu gecə sizdə yatmaq istəyirəm. Molla yavaşca çıxır küçəyə, qapını yaxşı-yaxşı örtür, seyidin əlindən tutub başlayır özü ilə çəkə-çəkə aparmağa. Seyid heç bir söz deməyib, onun dalınca gedir, belə-belə seyidi gətirib çıxardır məscidin qabağına. Məscidi ona göstərib deyir:
– Odu bax, Allahın evi. Allah qonağısan get onun xarabasında qal! Mən Allahın qəyyumu zadı deyiləm ki, çapıb gəlmisən mənim üstümə.
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024