HAQQ-HESABIMIZ QURTARSIN - Lətifələr

HAQQ-HESABIMIZ QURTARSIN - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

HAQQ-HESABIMIZ QURTARSIN


Bir gün axund minbərdə deyir ki:
– Hər kim aşura günü günortaya qədər oruc tutsa, yetmiş aylıq oruc savabı eləmiş olar. Molla bunu eşidir. Haman il aşura günü günortaya qədər oruc tutur. Ta o gündən sonra bir gün də olsun oruc tutmur. Orucluq günlərinin birində Mollanın çörək yediyini görən bir nəfər soruşur:
– Molla, heç ayıb deyilmi ki, sən orucunu yeyirsən.
Molla deyir:
– Axundun sözünü eşitmədin? Mən aşura günü oruc tutmuşam. Bu, eləyir yetmiş orucluq ayı. Bir ayını bu il yeyirəm, hələ altmış doqquz il də gərək orucumu yeyəm ki, Allah ilə haqq-hesabımız qurtarsın.
Dostlarınla Paylaş

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024