HƏKİMDƏN ÇOX BİLMİRSƏN Kİ? - Lətifələr

HƏKİMDƏN ÇOX BİLMİRSƏN Kİ? - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

HƏKİMDƏN ÇOX BİLMİRSƏN Kİ?


Molla əlli-altmış yaşlarında ikən bir gün özünü çox pis hiss edir.
Oğlu qaçıb tez bir həkim gətirir.
Həkim uzun-uzadı baxandan sonra Mollanın oğluna deyir:
– Oğlum, atanın heç bir xəstəliyi yoxdur. Ancaq özünü pis hiss
eləyir. Bunun da bircə çarəsi var. O da budur ki, gərək atanı
evləndirəsən.
Mollanın oğlu deyir:
– Canım bu qocalıqda kişini də evləndirərlər.
Molla tez yerindən qalxır ki:
– Kəs səsini, sən həkimdən çox bilmirsən ki?..
Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024