MÜXTƏSƏR DEYİRƏM - Lətifələr

MÜXTƏSƏR DEYİRƏM - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

MÜXTƏSƏR DEYİRƏM


Bir gün Molla kişmiş yeyirmiş. Bir dostu ona yaxınlaşıb soruşur:
– Molla nə yeyirsən?
Molla deyir:
– Elə.
Dostu soruşur:
– Molla, necə yəni elə? Bu nə cavabdı?
Molla deyir:
– Müxtəsər deyirəm də...
Dostu soruşur:
– Nəyi müxtəsər deyirsən?
Molla deyir:
– Sən deyirsən: "Nə yeyirsən?". Mən deyəcəyəm: "kişmiş". Sən
deyəcəksən ki: "mənə də ver!" Mən deyəcəyəm: "vermirəm!" Sən deyəcəksən:
niyə? Mən deyəcəyəm "elə!" Odu ki, indidən müxtəsər
deyirəm: elə.
Dostlarınla Paylaş

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024