BURA İŞIQDIR - Lətifələr

BURA İŞIQDIR - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

BURA İŞIQDIR


Necə olursa, Molla üzüyünü evdə itirir, çıxıb küçə qapısında axtarmağa
başlayır. Bunu görən qonşulardan biri soruşur:
– Molla, nə axtarırsan?
Molla deyir:
– Üzüyüm düşdü, onu axtarıram.
Qonşu soruşur:
– Hanı, hara düşdü?
Molla deyir:
– Evdə düşüb...
Qonşu soruşur:
– Bəs evdə düşüb, burada niyə axtarırsan?
Molla deyir:
– Evin içi qaranlıqdı, bura işıqdı. Onunçun burada axtarıram.
Dostlarınla Paylaş

Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024