ƏSARƏTDƏN QURTARDIM - Lətifələr

ƏSARƏTDƏN QURTARDIM - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

ƏSARƏTDƏN QURTARDIM


Aydınlıq bir gecədə Molla quyudan su çəkir. Bir də baxır ki, ay
quyudadı. Bir başına vurur, bir dizinə ki, görəsən nə olub, yazıq ay
yerindən qopub düşüb quyuya. Tez evə qaçıb qarmağı gətirir, sallayır
quyuya. Gah o yana, gah bu yana... Axırda qarmaq quyuda bir daşa ilişir.
Molla qarmağın aya ilişdiyini zənn edib sevinir. Başlayır çəkməyə.
Bir... iki... qarmaq daşdan qopur, Molla dalı üstə yıxılır yerə, gözü
göyə sataşıb görür ki, ay göydədi. Öz-özünə deyir:
– Düzdü, çox zəhmət çəkdim, ancaq yazıq ayı əsarətdən qurtardım.
Dostlarınla Paylaş

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024