AZARLI OLACAQ - Lətifələr

AZARLI OLACAQ - Lətifələr


Saytımızda yerləşən Lətifələr aşağıdakı hərflərə görə qruplaşdırılıb

AZARLI OLACAQ


Molla dağ kəndlərindən birinə qonaq gedir. Gecə ev sahibi ortalığa
təzə yağ, təzə bal qoyur. Ac Molla yağı, balı bir-birinə qarışdırıb doyunca
yeyir. Otaq bir olduğuna görə Mollanın yerini yuxarı başda salıb,
bir az da ondan o yana balaca uşağın yerini düzəldirlər. Gecənin bir
vaxtı Molla oyanır, baxır ki, qarnı yaman ağrıyır. Durur bayıra çıxsın.
Elə qapını açanda həyətdə olan yekə qoyun iti cumur üstünə. İtdən qorxan
Molla, tez qapını örtüb girir içəriyə. Nə qədər öskürür, səs eləyirsə,
ev sahibi oyanmır. Özü də oyatmağa utanır. Bir az gözləyir, durub yenə
qapını açır. İt yenə cumur onun üstünə. Molla görür yox, olmayacaq;
birdən gözü sataşır balaca uşağa. Yavaşca girir onun yanına. Özünü
rahatlayandan sonra çəkilib öz yerində yatır. Səhər hamı durur, uşağın
yerini yığanda baxırlar ki, iş xarabdı. Arvad düşür əl-ayağa ki, görəsən
bu uşağa nə olub. Heç indiyə kimi ondan belə iş görünməyib...
Kişi deyir:
– Arvad, görünür ki, uşaq yaman azarlayıb. Nə eləyək ki, sağalsın?
Molla söhbətə qarışıb deyir:
– Mən sizə deyim. Onun bircə dərmanı var. Şəhərdən gəlmiş ac
qonağa doyunca yağ-bal yedirirsiniz, gecə də iti qoyursunuz qapıda
qarovulçu. Nə qədər ki, o it oradadı, uşağınız elə belə azarlı olacaq.
Dostlarınla Paylaş

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024