Bu gün 2 məqalə əlavə olundu
Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər

2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər
2020-ci il şad xəbərlə başa çatır. Belə ki, 2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər.
Bu virus səbəbi ilə 82 milyon yoluxmuş insanın 1.8 milyonu həyatını itirib.
Britaniyanın tibbi tənzimləmə agentliyi dekabrın 30-da bəyan edib ki, Britaniya və İsveçin AstraZeneca və Oksford Universitetinin birgə hazırladığı vaksindən təcili hallarda istifadəsinə icazə verib.
AstraZeneca-Oxford vaksinlərinin kliniki sınağı onların effektivliyinin 70% olduğunu göstərib. İki tam doza qəbul edən sınaq iştirakçılarında vaksinin effektivliyi 62% təşkil edib. Lakin daha az doza qəbul edənlərdə effektivlik 90% olub.
AstraZeneca-Oxford Britaniya tərəfindən təsdiqlənən ikinci vaksindir. Amerikanın Pfizer və Almaniyanın BioNTech şirkətlərinin vaksinlərindən istifadəyə cari ayın əvvəllərindən başlanılıb. Ölkədə 600 min insana Pfizer-BioNTech peyvəndinin ilk dozası tətbiq olunub.
Yeni vaksinlər Britaniya boyu bir neçə gün ərzində paylanmalıdır. Bu ölkə artıq onların 100 milyon dozasını sifariş edib.
70 dərəcə soyuqluqda saxlanma tələb edən Pfizer-BioNTech-dən fərqli olaraq yeni vaksinlər 2-8 dərəcədə saxlanıla bilər. Məhz bu baxımdan vaksinlərin yoxsul və uzaq ölkələrə daşınması asan olacaq.
2741 nəfərin iştirakı ilə keçirilən sınaqlar 55 yaşdan yuxarı insanlara təsirinin müəyyən edilməsinə də yönəlib.
Çin hökumətinin Sinopharm vaksinləri hazırlayan şirkəti tənzimləyici orqanların təsdiqinə nail olmağa çalışır. Belə ki, COVİD-19-a qarşı bu peyvəndin effektivliyinin 79,3% təşkil etdiyi müəyyən edilib.
Pekin Universitetinin hazırladığı vaksinlər Çin şirkətlərinin istehsal etdiyi 5 vaksindən 1-dir. Bu vaksinlər artıq 1 milyon insana vurulsa da, hazırda onların sınağının 3-cü fazası keçirilir.
Cari ayın əvvəllərində Birləşmiş Ərəb Əmirlikləri Çinin Sinopharm vaksinlərinin orta və ağır vəziyyətdə olan insanlara təsirinin 86% olduğu müəyyən edildikdən sonra onların istifadəsinə icazə verib.
Bu məlumat bəzi Avropa İttifaqı ölkələrinin 10 min dozalıq Pfizer-BioNTech vaksin proqramına başlmasından bir neçə gün sonraya təsadüf edir.
Vaksinasiyaya bu gün Sinqapurda da başlanılıb. 46 yaşlı tibb bacısı bu şəhər-ölkədə vaksin qəbul edən ilk şəxs olub.
Vaksinasiyanın ikinci mərhələsi yanvar ayında keçiriləcək.
Yoluxma (58 569) və ölüm (29) hallarının ən aşağı olduğu Sinqapur Asiyada vaksinasiyaya başlayan ilk ölkədir.
2021-ci ildə 5.7 milyon əhalisi olan bu ölkədə vaksinlərin hamıya kifayət etməyəcəyi gözlənilir.
Eyni zamanda ABŞ-da Novavax şirkətinin istehsal etdiyi vaksinlərin sınağının son mərhələsi keçirilir. Sınaqlarda 30 mindən çox könüllü iştirak edir.

Dostlarınla Paylaş

2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər | Tatli.Biz
2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər - Maraqlı məlumatı oxu
2 potensial vaksin COVİD-19 qlobal pandemiyasına tədricən son qoya bilər, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda

Saytda 71 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021