"78 tibb müəssisəsində bu proses tamamilə avtomatlaşdırılıb"

"78 tibb müəssisəsində bu proses tamamilə avtomatlaşdırılıb"


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

"78 tibb müəssisəsində bu proses tamamilə avtomatlaşdırılıb"


Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Tatli.Biz Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Ulu Öndər Heydər Əliyev İlinə həsr olunmuş "İcbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminarda deyib.
"TƏBİB tabeli 78 tibb müəssisəsində 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.
Türkiyədə keçirilən "İcbari tibbi sığortanın tətbiqində xəstəxanaların idarə edilməsi" təlimi iştirakçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində mühüm yer tutur. İndiyədək tabeli tibb müəssisələrimizdən 60 nəfər həmin təlimlərdən faydalanıb", - o qeyd edib.
Qeyd edək ki, "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminar keçirilir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, Ankara Universitetinin rektoru Necdet Ünüvar, universitetin Tibbi biliklər fakültəsinin dekanı Emine Özmete və digər qonaqlar iştirak edir.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023