Açıq saçlarla yatmağın 6 MƏNFİ TƏSİRİ

Açıq saçlarla yatmağın 6 MƏNFİ TƏSİRİ


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Açıq saçlarla yatmağın 6 MƏNFİ TƏSİRİ

Açıq saçlarla yatmağın 6 MƏNFİ TƏSİRİ
Açıq saçlarla yatmaq, sən demə saç düzləndiricilərdən daha zərərlidir.
Əvvəlcə onu qeyd edək ki, saçlarınızın dəriniz qədər qayğıya ehtiyacı var. Yatmazdan əvvəl dərimizə düzgün qulluq etmək üçün çox vaxt və səy sərf edərkən, saçlarımızı da unutmamalıyıq. Xanımlar, onu da qeyd edək ki, saçlarınız açıqkən yatmaq təkcə qarışıq saçlarla oyanmaq demək deyil. Bunun bir çox mənfi tərəfləri var.
Tatli.Biz Tatli.Biz-a istinadən saçlarımız açıqkən yatmağın 6 mənfi təsirini təqdim edir.
1. Dolaşmış saçlarla oyanacaqsınız
Yuxuda olarkən yerinizin içində fırlanmaq saçların bir-birinə dolaşmasına səbəb olur. Səhər oyananda gördüyünüz pırtlaşmış saçlar əminik ki, üzünüzü güldürməyəcək.
2. Dərinizdə sızanaqların yaranmasına səbəb ola bilər
Həssas, sızanaqlara meylli bir dəriniz varsa, saçlarınızı üzünüzdən uzaq tutmağınız yaxşı olar. Saçlarınıza yığılan saç şəkilləndirici kremlər dərinizə hopa bilər. Bu da sızanaqların yaranmasına şərait yaradar. Buna görə də yatanda çalışın ki, saçlarınızı dərinizdən, xüsusilə də üzünüzdən uzaq tutun.
3. Saç uzanmasının qarşısını alır
Saçlarınız qarışıq olduqda saç telləriniz zədələnir və onları açmaq daha çox səy tələb edir. Dolaşmış saçları açarkən isə onları zədələyə və qıra bilirik. Bu da uzanmasını əngəlləyir. Əgər uzun saçların xəyalını qurursunuzsa, o zaman yatarkən saçlarınızı açmamanız məsləhətdir.
4. Saçlarınız qıvrım olar
Qıvrım saçlarınızı düzəltmək üçün hər cür vasitəni sınadığınızı düşünə bilərsiniz. Ancaq yatarkən saçlarınızı açıq qoymaq onların qurumasına səbəb olar. Çünki saçlar yastığınıza toxunduqca onu qurudur.
5. Saçların qırılmasına səbəb olur
Yatmazdan əvvəl saçlarınızı yığmırsınızsa, onların bir-birinə qarışması, yastığa sürtünməsi qırılmalarına səbə ola bilər.
6. Yuxu rejiminizə təsir edir
Saçlarınızı açıq qoyub yatmaq səhər oyananda sizi təkcə qarışmış olması ilə əsəbləşdirməz, eyni zamanda gecə üzünüzə sürtülərək yuxunuzu poza bilər. Yaxşısı budur ki, saçlarınızı hörüb yatasınız. Bu daha rahat və zərərsiz olar.
Tatli.Biz 

Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024