Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının geri dönməyən və ya hissəvi geri dönən obstruksiyası ilə xarakterizə olunur. Patologiyanın bronx ağacını zədələməsi, ağciyərlərin emfizeması və ya bunların müştərək olması xarakterizə edir. Xəstəlik tənəffüs çatışmazlığına və ağciyər ödeminə səbəb olur və ağciyər hipertenziyasi ilə fəsadlaşır. Xəstəliyin özlüyündə aşağıdakılar durur:
- xronik obstruktiv bronxit
- ağır bronxial astma
- ağciyərlərin emfizeması.
Son iki onildə xəstəlikdən ölənlərin sayı 5 ildən bir 2 dəfə artır.
Ağciyərlərin obstruktiv xəstəliklərinin əmələ gəlməsində xroniki obstruktiv bronxitin, bronxial astmanın da rolu olduğu güman edilir. Xəstəlırin sikayətləri aşağıdakılardan ibarət olur:
- artan ekspirator təngnəfəslik
- fiziki gərginlik zamanı halsızlıq
- bəlğəmli öskürək
- arıqlama.
Xəstəliyin kəskinləşməsi zamanı bəlğəmin miqdarı və təngnəfəslik artır. Xəstəliyin kəskinləşməsində papirosçəkmənin xüsusi əhəmiyyəti var.
Ağciyərlərin xronik obstruktiv xəstəlikləri zamanı obyektiv müayinənin əlamətləri diaqnozun qoyulmasında əsas prinsiplərdən hesab edilir.
Obyektiv müayinə zamanı xəstələrdə köməkçi əzələlərin tənəffüsdə iştirakı, uzadılmış nəfəsvermədə boyun venalarının şişməsi, sianoz, periferik ödemlər qeyd edilir. Diaqnoz qoymaq üçün ağciyərlərin auskultasiyası və rentgenoloji müayinələr əsas götürülür. İltihabın kəskinləşməsi dövründə bronxlarda yaş xırıltılar müşahidə edilir. Bronxoqrafoya və bronxoskopiya diaqnozun tam dəqiqləşməsinə əminlik yaradır.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023