Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!
Tatli.Biz

Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!

Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!
Ağrıya görə diaqnozu necə qoymaq olar?
Ağrı hissi hamının duyduğu bir hissdir. Xəstə orqan yerləşdiyi nahiyəyə uyğun olaraq orqanizmdə ağrı hissi əmələ gətirir. Bəzən isə elə olur ki, ağrı xəstə orqanın yerləşdiyi nahiyədən uzaqda yerləşir. Ağrı hissinin sinirlər vasitəsilə irradiasiya edilməsi xəstə nahiyənin və ya orqanın yerini düzgün ifadə etmir. Bu ən çox reflektor ağrılar zamaı baş verir.
Reflektor ağrılar zamanı ağrı hissi xəstə orqandan uzaqda baş verir. Diaqnozun qoyulmasını ən yaxşı həkim bilir və təyin edir. Amma, aşağıdakıları oxusanız bədəninizdə ağrı olan zamanı hansı orqanınızın xəstə olduğunu özünüz təyin edə bilərsiniz.
1. Ürək
Əgər sizin ürəyiniz xəstədirsə o zaman sinə və kürək nahiyəniz ağrayacaq. Ürək ağrısı əsasən sinədə baş verir və dözülməz olur.
2. Ağciyər və diafraqma
Ağciyər və diafraqma xəstəliklərini ağrıları reflektor ola bilir. Bu zaman ağrı yuxarı çiyin nahiyəsinə verir. Diafraqma xəstəliyi zamanı isə ağrı nəfəs alıb-vermə ilə əlaqəli olur. Bu zaman sinir ağrıları müşahidə edilir. Diafraqmanın ağrıları onurğadan çıxan sinir boyu olur.
3. Qaraciyər və öd kisəsi
Qaraciyər və öd kisəsi xəstəliklri zamanı insanın sağ qabırğaaltı nahiyəsi ağrayır Ağrı xəstəliyin növündən asılı olaraq küt və ya sancı ilə müşahidə edilə bilir. Xəstəliyin dərəcəsi ağır oluqda reflektor ağrılar da müşahidə edilir. Bu zaman ağrılar arxaya, sağ kürək nahiyəyə vurur.
4. Mədə və mədəaltı vəzi
Mədə və mədəaltı vəzi xəstəlikləri zamanı ağrı qarının ön və arxa nahiyəsində müşayiət edilir. Ağrı hissi mədəaltı vəzi səbəbindən baş verərsə o zaman kəmərvari olur və arxadan kürək nahiyəyə irradiasiya edir. Mədə ağrısı isə qarında və göbəkətrafı nahiyədə olur və mədənin arxasına vura bilir.
5. Nazik bağırsaq
Nazik bağırsaqda xəstəliklər olduqda o zaman ağrılar qarında və göbək ətrafında olur. Bağırsaqda ağrılar iltihabi proseslər, spazm, funksional narahatçılıqlar zamanı meydana çıxır. Nazik bağırsaqlarda ağrılar eyni nahiyədə olmur.
6. Yoğun bağırsaq və kor bağırsaq
Kor bağırsaq və yoğun bağırsaqda xəstəliklər olduğu zaman ağrılar sağ qalça çuxurunda olur və qarın nahiyəyə yayılır. Ağrılar kor bağırsaq səbəbli olarsa orqanizm üçün təhlükə yarada bildiyinə görə mütləq həkimə müracit etmək lazımdır.
7. Böyrəklər
Böyrəklərdə xəstəlik olduğu zaman insanın bel nahiyəsi arxa tərəfdən ağrıyır. Əgər böyrəklərdə olan daş sidik axarlarına düşərsə, o zaman ağrı sidik axarları boyu irradiasiya edir və ağrı böyrəyin ön tərəfindən sidik kisəsinə qədər olan məsafədə müşadidə edilir.
8. Sidik kisəsi
Sidik kisəsində xəstəliklər olduğu zaman kiçik çanağın aşağı hissəsində ağrılar meydana çıxır. Ağrıların əmələ glməsinə sidik kisəsindəki daşlar səbəb olduqda o zaman ağrı düz bağırsağa və uretraya irradiasiya edə bilir.
9. Yumurtalıqlar
Yumurtalıqlarda patoloji xəstəliklər olduğu zaman ağrılar kiçik çanaqda, qarının dib tərəflərində olur. Ağrılar iltihab səbəbdən meydana çıxdıqda küt və sızıldayıcı, şiş xəstəlikləri zaman meydana çıxdıqda isə sancı şəklində olur.

Dostlarınla Paylaş

Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin! - Maraqlı məlumatı oxu


Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Ağrı hissinə uyğun olaraq hansı orqanınızın xəstə olduğunu öyrənin!, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 127 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021