Alimlər Brüs Linin ölüm səbəbini tapdılar – Su çox içirmiş

Alimlər Brüs Linin ölüm səbəbini tapdılar – Su çox içirmiş


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Alimlər Brüs Linin ölüm səbəbini tapdılar – Su çox içirmiş

Alimlər Brüs Linin ölüm səbəbini tapdılar – Su çox içirmiş
Amerikalı aktyor Brüs Li 1973-cü ildə 32 yaşında ölüb, bu vaxta kimi onun ölüm səbəbi sirlidir və mübahisələr yaradır.
"Medicina" xəbər verir ki, ispan alimləri Brüs Linin həyatının son aylarındakı qida, vərdişlərini və meyitinin müayinəsini təhlil edərək, bu nətəcəyə gəliblər ki, aktyoru həddən artıq çox su içməyi öldürüb.
20 iyulda Brüs prodüseri ilə birgə aktrisa Betti Tinqin evində marixuana çəkdikdən sonra, axşama yaxın 1 litrə yaxın su içib. Bundan sonra o başgicəllənmə hiss edib, aktrisa ona Equagesic dərmanı verib.
Bundan sonra aktyor yataq otağına keçib və 2 saatdan sonra huşunu itirib, xəstəxanaya çatmadan ölüb.
Meyitin müayinəsi göstərib ki, ölüm beyinin şişməsi, ödemi nəticəsində baş verib.
Mədədə marixuana və dərman qalıqları tapılıb.
Madrid universitetinin alimləri bütün məlumatları analiz edərək ölüm səbəbinin marixuana dozası və ya dərman olmadığını bildirib. O dərmanı əvvəllər də Brüs Li qəbul etmişdi.
Alimlər bu nəticəyə gəlib ki, beyin ödeminin səbəbi hiponatrteimiya- bədəndə natriyin normadan aşağı düşməsidir.
Natrium duz elektrolitidir, hüceyrələrdə mayeni tənzimləyir.
Hiponatremiyanın səbəbi hər hansı xəstəlik, güclü ishal və ya həddən artıq çox su içmək vərdişi ola bilər.
Görünür Brüs Li ölümündən xeyli əvvəldən maye qəbul etmək vərdişi olub.
Onun arvadı deyib ki, Brüs son zamanlar bərk qidadan imtina edib, alma və kök şirəsi ilirdi.
Nəticədə aktyorun çəkisi həmin ərəfədə kəskin düşmüşdü.

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023