Alkoqolun koronavirusa təsiri: alimlər xəbərdarlıq etdilər

Alkoqolun koronavirusa təsiri: alimlər xəbərdarlıq etdilər


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Alkoqolun koronavirusa təsiri: alimlər xəbərdarlıq etdilər

Alkoqolun koronavirusa təsiri: alimlər xəbərdarlıq etdilər
Yüksək spirt tərkibli alkoqollu içkilərin qəbulu koronavirusu öldürmür, əksinə immun sistemə mənfi təsir göstərir.
Tatli.Biz oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor" (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) məlumat yayıb.
Qeyd olunur ki, qorxu və dezinformasiya alkoqolun koronavirusu öldürəcəyi barədə mifin yaranmasına səbəb olub. Qurum spirtli içkilərdən istifadənin, əksinə insanların xəstəliklərə qarşı həssaslığını artıra biləcəyini vurğulayıb.
"Alkoqol immun sistemə mənfi təsir göstərir və sağlamlıq üçün təhlükə riskini artırır. Odur ki, insanlar istənilən vəziyyətdə, xüsusən də COVID-19 pandemiyası şəraitində alkoqol istifadəsini minimuma endirməlidir", - qurumdan bildirilib.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024