Androgen çatışmazlığının qarşısını almaq mümkündürmü?

Androgen çatışmazlığının qarşısını almaq mümkündürmü?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Androgen çatışmazlığının qarşısını almaq mümkündürmü?

Androgen çatışmazlığının qarşısını almaq mümkündürmü?
Bir insanın bədənində androgen çatışmazlığı-testosteron çatışmazlığı ilə xarakterizə olunan(kişi cinsi hormonu) sindromdur. Yetkinlik dövründə-yetkinlik dövrünün gecikməsi və cinsi xüsusiyyətlərin olmaması kimi özünü göstərir. Yetkinlik yaşında, ereksiyanın azalması, androgenə bağlı zonalarda tük artımının ləngiməsi (üzdə, qoltuqaltı bölgədə, qasıq nahiyyədə), süd vəzlərinin böyüməsi baş verir. Bununla da cinsi həyatın pozulmasına, sonsuzluğa, fərdi psixoloji travmaya səbəb olur.
Testosteron əsas kişi hormonudur. Bu hormonların əsas vəzifəsi kişi davranışının və cinsi xüsusiyyətlərinin (üz tüklərinin inkişafı, səsin kobudlaşması) meydana gəlməsindən ibarətdir. Cinsiyyət orqanlarının inkişafı, əzələ kütləsinin artması testosteron hormonu olmadan mümkün deyil. Kişilərdə yağ toxuması qadınlara nisbətən tamamilə fərqli şəkildə paylanılır. Kişi spermatogenezi və skelet inkişafı da orqanizmdəki testosteronun səviyyəsindən asılıdır.
Qanda testosteronun azalması səbəbindən fizioloji yaşlanma özünü ilk növbədə reproduktiv sistemdən büruzə verir.
Digər orqanlar və sistemlər tərəfindən simptomların şiddəti hipoqonadizmin dərəcəsindən asılıdır. Laboratoriyada qanda ümumi testosteron və bioloji aktiv testosteronun miqdarı araşdırılır. Qanın ümumi və biokimyəvi analizi aparılır, həmçinin cinsi hormonu birləşdirən qlobulinin (CHBQ) konsentrasiyası müəyyənləşdirilir. Androgen çatışmazlığını düzəltməyin əsas metodu müxtəlif testosteron preparatlarından istifadə edərək əvəzedici terapiyadır. Müalicənin effektivliyi orqanizmdə testosteronun konsentrasiyası normaya çatdırıldıqda və onun çatışmazlığının təzahürləri aradan qaldırıldıqdan sonra nəzərə çarpır. Bununla yanaşı, əvəzedici terapiya tamamilə təhlükəsizdir, minimal yan təsirlərə malikdir və kişilərə, xüsusən erkən androgen defisitli kişilərə vərdiş etdiyi həyat tərzinə davam etməyə və aktivliyi saxlamağa imkan verir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023