Anticisimdən başqa heç nə kömək etmir - HƏKİM

Anticisimdən başqa heç nə kömək etmir - HƏKİM


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Anticisimdən başqa heç nə kömək etmir - HƏKİM

Anticisimdən başqa heç nə kömək etmir - HƏKİM
Koronavirus xəstəsinin vəziyyətini hazırda yalnız anticisimlər yüngülləşdirə bilər, onları isə yalnız damar daxilinə yeridirlər, qalanı isə ölüyə dərman vermək kimidir.
Tatli.Biz xəbər verir ki, bu sözləri Qamaleya adına Rusiya Milli tədqiqat mərkəzinin direktoru Aleksandr Ginsburq deyib.
Bir müddət əvvəl KİV-də şərabın, kakaonun, müxtəlif paxlakimilərin tərkibində olan ACE2 fermentinin yüksək konsentrasiyasının koronaviruslu xəstələrin vəziyyətini yüngülləşdirə biləcəyinə dair məlumatlar yayılıb.
"Sizə düzünü deyə bilərəm ki, xəstənin vəziyyətini hazırda yalnız bu virus növünə qarşı olan anticisimlər yaxşılaşdıra bilər, başqa heç nə. Qalan şeylər isə, çox üzr istəyirəm, ölüyə dərman vermək kimidir", - Ginsburq deyib.
Onun sözlərinə görə, peyvənd profilaktik, anticisim isə terapevtik, yəni, insan xəstələndikdən sonra təsir göstərir.
"Yəni, əgər insan xəstələnibsə, dediyiniz kimi, hansısa qoz və araxis yemək əvəzinə, ona virusu bloklamaq üçün hazır anticisim vurmaq lazımdır", - Ginsburq əlavə edib.
O anticismin damar daxilinə, sistem vasitəsilə yeridildiyini də bildirib. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 212 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024