Tatli.Biz

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır
Arıqlamaq üçün pəhriz saxlayanlar, idmanla məşğul olanlar da, müxtəlif dərmanladan istifadə edənlər də var. Çəkidən xilas olmaq üçün istehsal olunan məhsullar istifadəçilərə müxtəlif formalarda - bitki çayları, qəhvə və həblər şəklində təqdim olunur. Qısa zamanda təsir göstərən preparatlardan istifadə olunmasını mütəxəssislərin çoxu məqsədəuyğun hesab etmir.
Satış statistikası isə həmin preparatların alıcılarının heç də az olmadığını göstərir. Təbii ki, arıqlamaq istəyən hər kəs qısa vaxtda nəticə əldə etmək arzusundadır. Həmin məhsulların dadı xoşagələn və təsiri səmərəlidir. Bəs onların sağlamlığa zərəri varmı?
Tatli.Biz bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Bəzən insanlar tərəzidə çəkilərinin azaldığını görəndə sevinirlər, əslində isə azalan çəki su və əzələ itkisidir. Həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılır və çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır. Riskli qidalardan alınan vitaminlər bağırsaqlarda rahat mənimsənilmir. Orqanizm həmin məhsulları mənimsəməmiş onların bədəndən xaric olması nəticəsində vitamin və mineral çatışmazlığı yaradır. Bir müddət sonra həmin insanlar saçlarının tökülməsi, aqressivlik və s. hallarla üzləşərək həkimə müraciət edirlər".
Həkim-diyetoloqun dediyinə görə, arıqlamaq üçün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir: "Yaxşı olar ki, çekap müayinədən keçərək kökəlmənin səbəbi öyrənilsin və bundan sonra arıqlamaq daha rahat olacaq. Arıqlamaq üçün hər gün fiziki aktivlik nümayiş etdirmək və bağırsaqlarda faydalı bakteriyaları artırmaq lazımdır və hətta bunun üçün əlavə probiotiklərdən də istifadə etmək olar. Təbii ki, balanslaşdırılmış və düzgün qidalanmaq da ən əsas şərtlərdən biridir".
İstənilən halda orqanizmlə əlaqədar verilən qərarlarda həkim məsləhəti vacibdir, çünki mütəxəssis tövsiyəsi olmadan pəhriz saxlamaq bəzən sağlamlıq üçün fəsadlar törədə bilər.

Dostlarınla Paylaş

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır - Maraqlı məlumatı oxu


Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Saytda 98 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
MobTop.az
©Tatli.Biz 2010-2021